Ana Sayfa > Karusel / Qərbi Azərbaycan > Azərbaycanda bu dərmanların qiyməti təsdiqləndi

Azərbaycanda bu dərmanların qiyməti təsdiqləndi


28-12-2022, 17:47. Yazar: sevinc1
Azərbaycanda bu dərmanların qiyməti təsdiqləndi

Tarif (qiymət) Şurasının bu gün keçirilmiş növbəti iclasında yeni dövlət qeydiyyatına alınmış daha 149 dərman vasitəsinin qiyməti təsdiq edilib.

aia.az bu barədə Şuraya istinadən xəbər verir.

Məlumata görə, bundan başqa etibarlı təchizatın təmin olunması məqsədilə Səhiyyə Nazirliyinin rəyi nəzərə alınmaqla 202 dərman vasitəsinin qiymətində Nazirlər Kabinetinin 3 iyun 2015-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi, həmin qiymətlərə nəzarətin həyata keçirilməsi Qaydası”nın 7.1-ci bəndinə, Şuranın 21 iyul 2015-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Dərman vasitələrinin qiymətlərinin hesablanması üsullarına dair Təlimat”ın 4.1-ci bəndinə uyğun olaraq dəyişikliklər olunub.

Bununla da, ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla, qiyməti təsdiq edilmiş dərman vasitələrinin sayı 13 642 olub. Onların tam siyahısı Şuranın internet səhifəsinin “Dərman vasitələri” bölməsində yerləşdirilib.

aia.az
Geri dön