Ana Sayfa > Özəl > Xalqımız əsrlər boyu öz hüquqlarını qorumaq üçün, öz tarixi torpaqlarında yaşamaq üçün böyük fədakarlıq göstərmişdir.
Xalqımız əsrlər boyu öz hüquqlarını qorumaq üçün, öz tarixi torpaqlarında yaşamaq üçün böyük fədakarlıq göstərmişdir.27-12-2022, 10:43. Yazar: sevinc1 |
Xalqımız əsrlər boyu öz tarixi torpaqlarında yaşamaq üçün böyük fədakarlıq göstərmiş,bu yolda çox mübarizə aparmışdır.Olduqca zəngin mədəni-tarixi irsə , milli-mənəvi sərvətlərə sahib olan ölkəmiz hər zaman başqa ölkələrin diqqət mərkəzində olmuşdur.Ermənistan dövləti tarix boyunca ölkəmizə qarşı işğalıçi siyasət yürütmüşdür.Azərbaycanlılar etnik mənsubiyyətinə görə müxtəlif vaxtlarda Qərbi Azərbaycan – indiki Ermənistan ərazisindən kütləvi şəkildə deportasiya olunmuşdur.Ermənilər və onların havadarlarının köməyi ilə indiki Ermənistan ərazisində azərbaycanlılara qarşı etnik təmizləmə, 1930-cu illərdə kütləvi repressiyalar, 1948-1953-cü illərdə deportasiya həyata keçirmiş və nəhayət, 1988-1989-cü illərdə etnik təmizləməni başa çatdırmağa müvəffəq olmuşlar. Bu etnik təmizləmə nəticəsində soydaşlarımızı öz ata-baba yurdlarından didərgin düşmüşlər.Tarix də bir izi olmayan Ermənistan bu dəfə də Dağlıq Qarabağı özlərinə birləşdirməy planları qurmaqda idi.Ermənistana aman vermək istəməyən Azərbaycan xalqı bu zülmə qarşı etiraz aksiyaları keçirməyə başlamışdı.Bu etirazların nəticəsi isə 1990-cı ilin yanvarında Sovet qoşunlarının Bakı ya yeridilməsinə, Bakıda və Azərbaycanın digər şəhər və rayonlarında kütləvi qırğınlarla səbəb oldu.Xalqımız hər zaman müstəqlik, azadlıq uğurunda illərcə mübarizə aparmışdır.Bu gün biz azad , müstəqil Azərbaycan da qalib ölkənin, qalib xalqı kimi yaşayırıq.Ulu Öndər Heydər Əliyev hakimiyyətə gələnə qədər baş vermiş özbaşınalıqların cəzasını məsum xalq çəkdi.Hakimiyyətdə baş vermiş özbaşınalıqları fürsət bilən ermənilər bu vəziyyətdən istifadə etdilər və 20% torpaqlarımız ermeni tapdagina düşdü.Minlərce insan öz yurd yuvasından didərgin düşdü , vəhşice qətlə yetirildi.Tarixdə görünməyən bu vəhşiliyin əlbəttdə qısası yerdə qalmadı.Ulu Öndər Heydər Əliyev hakimiyyətə gələrək atəşkəs elan etdi və ölkəni inkişaf etdirmək üçün bir çox islahatlar həyata keçirdi.Ulu Öndərin davamçısı olan Prezidentimiz İlham Əliyev xalqın ona olan inamını doğrultdu.Ermənistan tərəfinin bu vəhşiliklərinə bütün dünya susada biz susmadıq,unutmadiq.2020-ci il 27 sentyabrda başlayan İkinci Qarabağ savaşında Ermənistan tərəfi biyabırcı məğlubiyyətlə üzləşməli oldu.Məglubiyyət nəticəsində işğal altında olan 20% torpaqlarımız azad edildi.Qərbi Azərbaycan – indiki Ermənistan ərazisində xalqımızın çox zəngin mədəni-tarixi irsi var. Bu da təsadüfi deyil, çünki əcdadlarımız min illər boyu bu ərazidə yaşayıblar.İllərcə mədəni-tarixi irsimiz ermənilər tərəfindən dağıdılmış, yer üzündən silinmişdir. Bu gün biz , xalqımız bütün qəlbimizle inanırıq ki,bir gün mütləq bütün tarixi torpaqlarımız öz sahiblərinə geri qayıdacaq. Xəlilova Sərvinaz, Azərbaycan Dövlət Pedaqoji Universiteti. Geri dön |