Ana Sayfa > Özəl > Gəncə tarixinin aktual problemləri müzakirə olunub
Gəncə tarixinin aktual problemləri müzakirə olunub26-12-2022, 21:55. Yazar: sevinc1 |
Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsinin təşkilatçılığı ilə “Gəncə tarixinin aktual problemləri” mövzusunda elmi-praktik konfrans öz işinə başlayıb. aia.az xəbər verir ki, “Şuşa ili”nə həsr olunan elmi-praktik konfransda Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev, Gəncə şəhər İHB Aparatının məsul əməkdaşları, tarixçi-alimlər iştirak ediblər. Öncə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə tər çiçək dəstələri düzüb, dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildiriblər. Konfrans iştirakçılarını salamlayan icra başçısı Niyazi Bayramov qədim tarixə malik olan Gəncənin abidə və etnoqrafik mənbələrlə zəngin olduğunu bildirib. Natiq qeyd edib ki, Ümummilli lider Heydər Əliyev Gəncənin Azərbaycan tarixindəki yerini həmişə yüksək qiymətləndirib. Qədim Nizami yurdu bu gün də Ulu öndər siyasətinin layiqli davamçısı, Prezident İlham Əliyevin və ölkənin 1-ci vitse-prezidenti Mehriban xanım Əliyevanın xüsusi diqqət və qayğısı ilə əhatə olunub. N.Bayramov bu konfrasın Gəncə şəhərinin tarixinin daha dərindən araşdırılması, mövcud problemlərin aşkar olunaraq gələcəkdə onların aradan qaldırılması istiqamətində xüsusi əhəmiyyətini vurğulayıb və konfrasın gedişatına uğurlar arzulayıb. AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev “Gəncə tarixinin aktual problemləri” mövzusunda keçirilən elmi-praktik konfransın məqsədi və əhəmiyyəti barədə danışıb. Qeyd edək ki, iki gün davam edəcək elmi-praktik konfransa Bakı, Gəncə, Şəki və Lənkəran şəhərlərindən elm və ali təhsil ocaqlarını təmsil edən tədqiqatçılar qatılıb. Konfrans “Gəncə şəhəri qədim və orta əsrlər dövründə”, “Dövlətçilik tariximizdə Gəncə şəhərinin əhəmiyyəti” və “Müasir dövrdə Gəncə şəhərinin inkişafı” mövzularına aid 3 bölmə üzrə aparılacaq. Azər Tağızadə Geri dön |