Ana Sayfa > İdman > "Türkiyə ilə oyunda olmayacağam"
"Türkiyə ilə oyunda olmayacağam"18-06-2016, 16:11. Yazar: admin |
Çexiya millisi ciddi itki ilə üzləşib. Aia.Az qol.az-a istinadən xəbər verir ki, komandanın yarımmüdafiəçisi Tomaş Rositski zədələnib. Xorvatiya ilə oyunda (2:2) zədə alan 35 yaşlı futbolçu Türkiyəyə qarşı görüşdə iştirak etməyəcək. Bu barədə danışan Rositski deyib: "Bilirdim ki, Xorvatiya ilə görüşdə bizə xal qazanmaq lazımdır. Ona görə də meydanda maksimum gücümü ortaya qoydum. Təəssüf ki, bu heç-heçə mənə baha başa gəldi. İnanıram ki, komanda yoldaşlarım Türkiyə ilə görüşdə keyfiyyətli oyun sərgiləyəcəklər. Ancaq mən bu matçda iştirak etməyəcəm". Qeyd edək ki, Çexiya - Türkiyə oyunu iyunun 21-də keçiriləcək. aia.az Geri dön |