Ana Sayfa > Dünya > ABŞ-də qar fırtınası nəticəsində ölənlərin sayı artdı
ABŞ-də qar fırtınası nəticəsində ölənlərin sayı artdı26-12-2022, 09:52. Yazar: sevinc1 |
![]() Həftəsonu ABŞ-ni bürümüş qar fırtınası nəticəsində ölənlərin sayı 34-ə çatıb. Həyatını itirənlərin çoxu Nyu-York ştatındandır - 12 nəfər. “Havanın hələ də nə qədər təhlükəli olduğunu qiymətləndirə bilmirəm”, - deyə ştat qubernatoru Keti Hokul bildirib. Onun sözlərinə görə, yolda qalan yüzlərlə insan avtomobillərindən xilas edilib. Şənbə günü kəskin hava şəraiti nəticəsində 15 nəfərin öldüyü bildirilirdi. Həftəsonu ABŞ-də 5000-dən çox uçuş ləğv edilib. Kəskin hava xəbərdarlığı ölkənin mərkəzi və şərq hissələrində təqribən 175 milyon amerikalıya təsir edib. aia.az Geri dön |