Ana Sayfa > Parlament / Aia TV / Karusel > Toydan çıxan nazirlik əməkdaşları dəhşətli qəzaya düşdü: 4 ölü – VİDEO
Toydan çıxan nazirlik əməkdaşları dəhşətli qəzaya düşdü: 4 ölü – VİDEO27-08-2015, 11:55. Yazar: admin |
Aşan avtomobildən 8 saat kimsənin xəbəri olmayıb. Şəkidə dəhşətli yol qəzası baş verib. Aia.az Region TV-yə istinadən xəbər verir ki, hadisə Şəki-Qax yolunun 17-ci km-də Şəkinin Göynük kəndi ərazisində qeydə alınıb. Belə ki, qəza zamanı Şəki sakini Əlizadə Elşən Akif oğlu idarə etdiyi 99-GK-948 dövlət nömrə nişanlı “Saypa” markalı avtomobillə Şəki istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirib. İdarəetmədən çıxan avtomobil bir neçə dəfə yuvarlanaraq yol kənarındakı dərəyə aşıb. Nəticədə sürücü ilə yanaşı avtomobildə olan sərnişinlər Şəki sakinləri Abdullayev Araz Gündüz oğlu, Sədiyev Asif Çingiz oğlu və Şəkinin Aşağı Göynük kənd sakini Mustafayev Seymur Hüseyn oğlu aldıqları bədən xəsarətləri nəticəsində elə hadisə yerindəcə dünyalarını dəyişiblər. İlkin məlumatlara görə qəza zamanı ölən şəxslər gecə saatlarında Qax rayonundan toy mərasimindən gəliblər. Qəzanın ilkin olaraq yüksək sürət səbəbindən baş verdiyi ehtimal olunur. Qeyd edək ki, qəza gecə saatlarında baş versə də, hadisədən ancaq səhər saat 8 radələrində xəbər tutulub. Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırmalar aparılır. Qeyd edək ki, qəza zamanı dünyasını dəyişən 4 nəfər Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Şəki penitensiar müəssisənin əməkdaşlarıdır. Geri dön |