Ana Sayfa > Özəl > Bir çox sahələr üzrə əməkdaşlığın artıq böyük tarixi var
Bir çox sahələr üzrə əməkdaşlığın artıq böyük tarixi var24-12-2022, 16:21. Yazar: sevinc1 |
Serbiya və Azərbaycan strateji tərəfdaşdırlar, strateji tərəfdaşlığa dair bir neçə sənəd imzalanmışdır. Ölkələrimiz hər zaman bir-birimizin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib, dəstəkləyir və bu siyasət dəyişməz olaraq qalacaq. Azərbaycan Respublikası və Serbiya Respublikası arasında diplomatik əlaqələr 1997-ci ilin avqust ayının 21-də qurulmuşdur. 2011-ci il iyunun 8-9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Serbiyaya rəsmi səfər edib. Səfər çərçivəsində dövlətimizin başçısı Belqradın Taşmaydan parkında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsinin, həmçinin Novi Sad şəhərində dahi bəstəkar Üzeyir Hacıbəylinin büstünün açılışlarında iştirak edib. Son illərdə Serbiya prezidentləri Azərbaycana bir neçə dəfə səfərə gəliblər. 2010-cu il mayın 11-13-də Prezident Boris Tadiç, 2013-cü il fevralın 7-9-da isə Prezident Tomislav Nikoliç ölkəmizdə rəsmi səfərlərdə olublar. Tomislav Nikoliçin səfəri zamanı Bakıda görkəmli serb alimi Nikola Teslanın abidəsinin açılışı olub. Bundan əlavə, 2015-ci ilin aprelində o vaxt Baş nazir olan Aleksandar Vuçiç, həmin ilin iyununda isə Prezident Tomislav Nikoliç Bakıya səfər ediblər. Səfərlər zamanı iki ölkə arasında münasibətlər daha da dərinləşib. Bu günə qədər dövlətlər arasında 50-yə yaxın sənəd imzalanıb.Bu sənədlər arasında 2013-cü ildə imzalanmış Dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqında Bəyannamə və 2018-ci ildə imzalanmış Strateji tərəfdaşlıq üzrə Birgə Fəaliyyət Planı xüsusi əhəmiyyət daşıyır. Hər iki sənəddə keçmiş Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn ümumtanınmış prinsip və normalarına, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə və ATƏT-in qərarlarına uyğun olaraq, Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı əsasında tezliklə həll olunmasının dəstəkləndiyi qeyd olunub. Hər iki dövlət bir-birinin ərazi bütövlüyünü dəstəkləyir. Dövlətimizin başçısı son vaxtlar Azərbaycanın təbii resurslarının müxtəlif istiqamətlər üzrə ixrac edildiyini, eləcə də Avropa qitəsinə, o cümlədən Serbiyaya qonşu olan ölkələrə, həm təbii qaz, həm elektrik enerjisi ilə əlaqədar əməkdaşlıq üçün yeni imkanlar yaratdığını, hazırda bununla bağlı müvafiq danışıqlar aparıldığını bildirib. İlham Əliyev Serbiya ilə əməkdaşlığa böyük önəm verdiyini və bütün sahələrdə həm ikitərəfli formatda və həm də çoxtərəfli formatda əməkdaşlıın daha da genişlənəcəyini vurğulayıb. Son olaraq qeyd etmək istərdim ki, Serbiya Prezidentinin Bakıya işgüzar səfəti iki dost və stateji tərəfdaş ölkə olan Azərbaycanla Serbiya arasındakı münasibətlərin, işbirliyinin, dostluğun daha da genişlənməsi və güclənməsinə böyük töhfələr verir. Günay Abdullayeva Ceyhun, Azərbaycan Dövlət Pedaqoji Universiteti Geri dön |