Ana Sayfa > Gündəm / Özəl > Nəqliyyat-logistika sahəsində böyük potensial var

Nəqliyyat-logistika sahəsində böyük potensial var


24-12-2022, 16:09. Yazar: sevinc1
Nəqliyyat-logistika sahəsində böyük potensial var

Logistika qarşısında qoyulmuş məqsədlərə optimal resurs məsrəfləri ilə çatmaq üçün bir mənbədən son istehlakçıya qədər material, informasiya və maliyyə axınlarının təşkil edilməsi, idarə edilməsi və hərəkətinin optimallaşdırılması ilə bağlı elmi və praktik fəaliyyətdir. Nəqliyyatın İsə əsas vəzifəsi təsərrüfatların və əhalinin yük və sərnişin daşımalarına olan tələbatının tam, vaxtında və keyfiyyətlə ödənilməsi, nəqliyyat sisteminin işinin keyfiyyətinin və səmərəliliyinin yüksəldilməsidir.
Antik dövrdə logistika ərzaqları, təczihatları nəqletmə və yerdəyişmə mənasını daşıyırdı və o dövr üçün riyazi hesablama alqoritmlərinin məcmusu kimi başa düşülürdü. Qədim Romada logistiklər legionerlərin yemək və yatacaq yerlərinin təşkili ilə məşğul olurdular.
Napoleon Bonopart da oz ordusunun hərəkəti zamanı hərbi sursat ərzaq və ordunun yaşayış yeri ilə təmin edilməsi də logistik yanaşmalaradan İstifadə etmişdir. Ötən əsrin 50- ci illərdən başlayaraq hərb sahəsinə aid olmayan elmi və praktiki işlərdə logistikadan istifadə olunmağa başlandı. 1980-ci illərdə amerikan, 1990 – ci illərdə isə logistika termin kimi rus dilinə daxil oldu və iqtisadi sahələrdə geniş tətbiq olunmağa başlandı.
Yaxın gələcəkdə bu sahədə rəqabətin artması gözlənilir. Müasir logistik infrastrukturun yaradılması dövlət dəstəyi ilə bərabər, milli əmək bazarı üçün məqsədyönlü formada yüksək İxtisaslı logistlərin hazırlanması şərti ilə reallaşa bilər. Azərbaycanda bu sahənin inkişafı, ölkə ərazisində regional logistik mərkəzlərin yaradılması, iri şirkətlərin, eləcə də beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı, Azərbaycanın sənaye, xüsusilə də kənd təsərrüfatı sahələrində logistikanın inkişafı yüksək ixtisaslı mütəxəssislərə olan tələbatı daha da yüksəldəcəyi gözlənilir.

Nəqliyyat-logistika sahəsində böyük potensial var. Bununla bağlı dövlətimizin uğurlu planlar həyata keçirəcəklər, İnşəAllah. Azərbaycan Prezidenti İlham Əliyev Serbiya Prezidenti Aleksandar Vuçiçlə təkbətək görüşü olub. Görüşdən sonra Azərbaycan Respublikasının Prezident İlham Əliyev mətbuata çıxış edib. Serbiya ilə olan tərəfdaşlıq və dostluq münasibətlərindən söz açılıb. Tərəfdaşlıq və dostluq münasibətlərinə görə bütün sahələrdə, ilk növbədə isə ticarət sahəsində gözəl nəticələr əldə olunacağı bildirilib. Azərbaycan və Serbiyadan beynəlxalq nəqliyyat dəhlizləri keçir. Burada uzlaşma və bağlantınım yaradılması üçün müvafiq qurumlar fəal işləməlidir. Prezidentimiz bildirib ki, bununla bağlı artıq aidiyyəti qurumlar arasında əlaqələr artıq yaranıbdır.

Zərinə Hümbətova,
Azərbaycan Dövlət Pedaqoji Universiteti, YAP üzvü

Geri dön