Ana Sayfa > Özəl > Prezident İlham Əliyevin son zamanlarda həyata keçirdiyi islahatlar Azərbaycanın dayanaqlı inkişafının səbəbidir
Prezident İlham Əliyevin son zamanlarda həyata keçirdiyi islahatlar Azərbaycanın dayanaqlı inkişafının səbəbidir23-12-2022, 21:34. Yazar: sevinc1 |
Prezident cənab İlham Əliyev ölkəmizi islahatlar yolu ilə inkişafın yeni mərhələsinə çıxarır; “Mən Azərbaycanın xoşbəxt gələcəyinə inanıram. Əminəm ki, ölkəmiz bundan sonra da inkişaf edəcək, daha da güclənəcəkdir. Azərbaycanda demokratiya daha da inkişaf edəcək, siyasi plüralizm, söz azadlığı təmin olunacaqdır. Ölkəmiz müasir dövlətə çevriləcəkdir. Bütün bunları etmək üçün Azərbaycanda çox işlər görmək lazımdır. Ancaq bütün bunları həyata keçirmək və Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası, ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm”. Bəzən kütləvi informasiya vasitələrində “ölkəmizdə son bir neçə ildə aparılan islahatlar” ifadəsi ilə rastlaşırıq. Əslində, həmin ifadədə incə bir məntiq var. Çünki, həqiqətən, son bir neçə ildə islahatlar daha da sürətlənib və hərtərəfli xarakter alıb. Cənab İlham Əliyev ulu öndər Heydər Əliyevin hələ ötən əsrin son illərində və bu əsrin ilk üç ilində reallaşdırdığı hərtərəfli islahatlara 2003-cü ilin payızından sonra xüsusi bir temp vermişdir. Məhz həmin islahatların nəticəsidir ki, İlham Əliyev dövlət başçısı kimi fəaliyyətə başladığı ilk dövrdən iqtisadiyyatın şaxələndirilməsini, qeyri-neft sektorunun inkişafını bir vəzifə kimi hökumətin qarşısında qoymuşdu. Xüsusilə, regionların sosial-iqtisadi inkişafı dövlət proqramı sosial-iqtisadi sahədə ilk proqramlarımızdan biri olmuşdur. Qeyd edək ki, ilk proqramın icrası nəticəsində ölkənin regionlarının siması, sözün əsl mənasında, dəyişmişdir, insanların həyat səviyyəsi dəfələrlə artmışdır. Digər göstəricilər, ölkədə həyata keçirilən infrastruktur layihələri də ürəkaçandır. Sahibkarlıq ciddi inkişaf yolu keçmişdir. Bu gün Azərbaycanda orta sinif, möhkəm sahibkarlıq sinfi formalaşmışdır. Bütün bunlar, məhz aparılan hərtərəfli islahatların nəticəsidir. Fakt ondan ibarətdir ki, ölkəmiz öz kompleks keçid prosesinin inkişafında yeni mərhələyə qədəm qoymuşdur. Dövlətçiliyin qurulması, suverenliyin ilbəil möhkəmləndirilməsi, Ermənistan –Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli və sülh yolu ilə həlli istiqamətində ardıcıl siyasət, mədəniyyətlərin dialoqu yolunda prinsipial çağırışlar Qoşulmama Hərəkatına 2022-ci ilədək olan müddətdə Azərbaycanın sədrlik etməsinin təminatını yaradır. Aparılan sosial-iqtisadi, mədəni siyasətin ardıcıllığına nəzər yetirdikdə proseslərin həm də ölkə başçısının seçki platformasında irəli sürdüyü müddəalarla üst-üstə düşdüyünü aydın görürük. Ölkəmizdə islahatların prinsipləri xalqın istəyi və dünya çağırışlarına adekvat aparılaraq Azərbaycanı dünyanın ən nüfuzlu ölkələri sırasına qaldırmış və hər bir azərbaycanlının maraqlarını müasir təlatümlü dünyada təmin etməyə yönəlmişdir. Mayil Əliyev YAP Cəbrayıl rayon Təşkilatının partiya fəalı Geri dön |