Ana Sayfa > Seçki 2024 > YAP Səbail Rayon təşkilatının əməkdaşları Şəhid ailəsini ziyarət edib

YAP Səbail Rayon təşkilatının əməkdaşları Şəhid ailəsini ziyarət edib


23-12-2022, 20:32. Yazar: sevinc1
YAP Səbail Rayon təşkilatının əməkdaşları Şəhid ailəsini ziyarət edib

aia.az xəbər verir ki, YAP Səbail Rayon təşkilatının sədr müavini Hüseynov Nicat və rayon təşkilatının əməkdaşları Hacıyeva Lamiyyə və Heydərli Fuad Vətən müharibəsi şəhidi İbrahimli Cavidan Nizami oğlunun anası Gülnaz xanımı doğum günü ilə əlaqədar yaşadığı evdə ziyarət edərək təbrik etmişlər.

Şəhidin anası Gülnaz xanım şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə etmişdir.
Geri dön