Ana Sayfa > İdman > "Qəbələ" Gürcüstan klubu ilə qarşılaşacaq

"Qəbələ" Gürcüstan klubu ilə qarşılaşacaq


18-06-2016, 15:59. Yazar: admin
"Qəbələ" Gürcüstan klubu ilə qarşılaşacaq





Bakı hazırlığını başa vuraraq təlim-məşq toplanışının ikinci mərhələsi üçün Gürcüstana yollanan "Qəbələ" bu gün ilk sınağına çıxacaq.Aia.az saytının məlumatına görə, Azərbaycan Premyer Liqasının bürünc mükafatçısı yerli "Dila" komandası ilə üz-üzə gələcək.

Baş məşqçi Roman Qriqorçuk Qori təmsilçisi ilə yoxlama görüşündə yetirmələrini sınayacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.

Gürcüstan səfəri öncəsi isə "Qəbələ" I divizion təmsilçisi "Bakı" ilə 2 görüş keçirmişdi. Həmin matçların birində heç-heçə (1:1) qeydə alınmışdısa, digər oyunda "qırmızı-qaralar" 3:0 hesabı ilə qalib gəlmişdilər.

Qeyd edək ki, iyunun 26-dək Tbilisidə hazırlıq keçəcək "Qəbələ" 3 yoxlama görüşü planlaşdırır. Komanda iyunun 22-də "Sioni" ilə üz-üzə gələcək.


aia.az
Geri dön