Ana Sayfa > Özəl > "Galaksi" şirkəti Gəncədə fəaliyyətini genişləndirir
"Galaksi" şirkəti Gəncədə fəaliyyətini genişləndirir22-12-2022, 18:57. Yazar: sevinc1 |
Gəncə şəhərində "Galaksi Tekstil" və "Galaksi Seramik Tava" istehsal müəssisələrinin açılışı olub. Mərasimdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, türk iş adamı, "Galaksi" şirkətinin sahibi Qiyas Akkurt, şəhər rəsmiləri iştirak ediblər. Niyazi Bayramov və Qiyas Akkurt tərəfindən açılışı bildirən rəmzi qırmızı lent kəsildikdən sonra müəssisələrə baxış keçirilib. Qeyd olunub ki, Gəncə-Şəmkir şossesində yerləşən "Galaksi Tekstil" və "Galaksi Seramik Tava" istehsal müəssisələrində aylıq 5 min ədəd yataq, 5 min ədəd tava dəstinin istehsalı nəzərdə tutulub. Hazırda müəssisədə 150 işçi çalışır. Gələcəkdə işçi sayının artırılacağı nəzərdə tutulub. "Galaksi" şirkətinin Azərbaycanda 20 ildən artıqdır ki, fəaliyyət göstərdiyi və yaxın vaxtlarda 3-cü istehsal müəssisəsinin də açılışının planlaşdırıldığını söyləyən Qiyas Akkurt ölkədə yerli və xarici investorlara yaradılan şəraitə görə dövlət başçısı İlham Əliyevə təşəkkürünü bildirib. Görülən işlərlərlə tanış olan şəhər rəhbəri Niyazi Bayramov müəssisənin gələcək fəaliyyətində uğurlar arzulayıb. Azər Tağızadə aia.az Geri dön |