Ana Sayfa > Qərbi Azərbaycan > "Plastik cərrahiyyə ilə bağlı xarici ölkələrdən də bizə müraciət edirlər “-
"Plastik cərrahiyyə ilə bağlı xarici ölkələrdən də bizə müraciət edirlər “-22-12-2022, 10:01. Yazar: sevinc1 |
Azərbaycan cəmiyyəti üzdəyişdirmə əməliyyatlarının mümkünlüyü haqqında məlumatı ilk dəfə əcnəbi filimlərdən aldı. Gizli xəfiyyələrin düşmənin içərisinə sızmaq, mafiya liderlərinin düşmənlərinin intiqamından həyatalarını xilas etmək üzlərini dəyişdirmələri haqqında film səhnələri insanlarda maraq oyatsa da, əksəriyyət bu əməliyyatların mümkünlüyünə şübhə edirdi. Çox böyük əksəriyyət tibbin buna qadır olduğuna inanmırdı. Ancaq artıq bu əməliyyatlar azərbaycanlı həkimlər tərəfindən də həyata keçirilir. Hətta artıq dünyanın müxtəlif ölkələrindən üzdəyişdirmə və plastik əməliyyatlar üçün ölkəmizə gəlirlər. Bu heç şübhəsiz ki, azərbaycanlı həkimlərin uğurudur. Plastik, estetik cərahiyyədə uğur qazanan cərrahlarımızdan biri də cərrah Vüqar Ələkbərovdur. İlk tibb təhsilini 1999-2005-ci illərdə Azərbaycan Tibb Universitetinin 1-ci müalicə profilaktika fakültəsində alan Vüqar Ələkbərov 2005-2006-cı illərdə Türkiyədə, Ege Universitetində təhsilini davam etdirib. Daha sonra isə 2007-2012 ci illərdə Bursa şəhəri Uludağ Universitetinin Plastik Estetik ve Rekonstruktiv cərrahiyyə bölümündə uzmanlıq təhsili alıb.On ildir ölkəmizdə plastik, estetik və lazer cərrahiyyəsi üzrə əməliyyatları uğurla həyata keçirir. Dr. Vüqar Ələkbərov Amerika Plastik Cərrahiyyə Birliyinin (ASPS), Beynəlxalq Plastik Cərrahiyyə Təşkilatının (İSAPS), Türk Plastik Cərrahiyyə Birliyinin (TPRECD) üzvüdür. Uzmanlıq təhsili müddətində Vüqar Ələkbərov Türkiyənin məşhur plastik cərrahları ilə birlikdə çalışaraq geniş təcrübə qazanıb. Türkiyədə təhsilini və təcrübəsini tamamlayaraq 2013-cü ildə vətəninə dönən cərrah Vüqar Ələkbərov bugünə qədər 8 minə yaxın uğurlu əməliyyatlar həyata keçirib. Azərbaycanda modern plastik cərrahiyyənin təməlini qoyanlardan biri olan cərrah Vüqar Ələkbərov 2014-cü ilin əvvələrindən Respublika Yanıq Mərkəzində, eləcə də özəl klinikalarda plastik cərrah kimi çalışır. Estetik plastik və rekonstruktiv cərrah kimi fəaliyyət göstərir. Plastik cərrahiyyə üzrə etdiyi unikal əməliyyatlara baxsaq, xərçəngdən döşünü itirmiş qadınlara rekonstruksiya yolu ilə döş bərpası, qəzalardan sonra üzü parçalanmış insanlara mikrocərrahiyyə yolu ilə üz rekonstruksiyası etdiyini görmək olar Bu gün elm və texnologiya o qədər sürətlə inkişaf edir ki, bu prosesi diqqətlə və yaxından izləmək lazımdır. Cərrah Vüqar Ələkbərov plastik cərrahiyədə baş verən yenilikləri yaxından izləmək üçün 30-dan çox beynəlxalq konfrans və kursda iştirak edərək sertifikat alıb. Bu bilgi və təcrübələr cərrah Vüqar Ələkbərova imkan verib ki, bədəninin 90 faizi yanan insanı tamamilə sağaldıb. Bir neçə il öncə belə xəstələrin sağaılması, həm də şikəstlik qalmadan sağalması mümkün deyildi. Artıq bunu bacaran cərrahlarımız var. Bakıda gecə klublarının birində partlayış baş vermişdi və bir neçə nəfərin üzü parçalanmışdı. Cərrah Vüqar Ələkbərov onların əvvəlki görkəmlərini bərpa edə bilib. Möcüzə kimi görünsə də, bu biliyin və təcrübənin bəhrəsidir. İkinci Qarabağ Müharibəsi zamanı üzü və bədəni yanmış qazilərimizin həyatda qalmasına, əvvəlki görkəmlərinə dönmələrini həyata keçirib. Azərbaycanla yanaşı Türkiyədə plastik əməliyyat həyata keçirən cərrah Vüqar Ələkbərovun yanına dünyanın müxtəlif ölkələrindən onlarla insan gəlir. Buna görə cərrahın pasiyentləri arasında Böyük Britaniya, İrlandiya, Fransa, İsveçrə, Polşa, Almaniya, Kanada, ABŞ, Avstriya və başqa ölkələrdən olanlar var. Bütün bunları bir neçə il əvvəl təsəvvür etmək mümkün deyildi. Cərrah Vüqar Ələkbərovun sayəsində bu da gerçəkləşdi. Ən əsası isə odur ki, artıq ehtiyac olduqda başqa ölkələrə getmək, tanımadığınız cərrahlara müraciət etmək məcburiyyətindən qurtulmuşuq. Çünki dünya səviyyəli cərrahlarımız var. A. Nəbiyev, aia.az Geri dön |