Ana Sayfa > Siyasət > Ermənistan öz qeyri-qanuni iqtisadi fəaliyyəti ilə beynəlxalq konvensiyaların tələblərini kobud şəkildə pozur
Ermənistan öz qeyri-qanuni iqtisadi fəaliyyəti ilə beynəlxalq konvensiyaların tələblərini kobud şəkildə pozur21-12-2022, 12:59. Yazar: sevinc1 |
![]() 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycanın hərbi-siyasi Qələbəsinin və Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixdə imzalanmış Üçtərəfli Bəyanatın müddəaları Ermənistan tərəfindən yerinə yetirilmir. Belə ki, bəyanatın 4-cü bəndinə zidd olaraq erməni silahlı qüvvələri hələ də Azərbaycan ərazilərindən çıxarılmayıb, 6-cı bəndinə zidd olaraq Laçın yolundan həm hərbi təxribatlar, həm də qeyri-qanuni iqtisadi fəaliyyət üçün istifadə olunur, 9-cu bəndinə zidd olaraq bölgədə bütün nəqliyyat kommunikasiya yollarının açılmasına maneçilik törədilir. Ermənistan hökuməti Azərbaycan əraziləri daxilində baş verən hadisələrə verdiyi şərhlər Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının hələ də davam etdiyinin göstəricisidir. Cari il dekabrın 3-dən etibarən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikası ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlar ilə bağlı sülhməramlı kontingentin komandanlığı ilə danışıqlar aparıblar.Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələrinin və ekologiya fəallarının Şuşa-Laçın yolunda həyata keçirdiyi etiraz aksiyası Azərbaycan ictimaiyyətinin haqlı narazılığının göstəricisidir və vətəndaş cəmiyyətinin bu mövqeyinə hörmətlə yanaşılmalıdır.Reallıq budur ki, Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri oğurlanan, talan edilən təbii sərvətlərimizin daşınmasının qarşısının alınmasını, haqqın, ədalətin bərpasını tələb edir və bu tələbləri yerinə yetirilməyənədək aksiyanı davam etdirəcəklərini bildirirlər.Ermənilərin apardıqları qərəzli, böhtan xarakterli təbliğatın əksinə olaraq reallıq ondan ibarətdir ki, Laçın yolu azərbaycanlı etirazçılar tərəfindən deyil, Rusiya Federasiyasının sülhməramlı kontingenti tərəfindən bağlanıb. Bu aksiyanın tələbləri aydın və qanunidir. Azərbaycana aid faydalı qazıntı yataqlarına dövlət nümayəndələrimizin maneəsiz girişinin təmin edilməsi bizim haqqımızdır. Qarabağda yaşayan və Azərbaycan vətəndaşı olan ermənilər də bütün digər vətəndaşlarımız kimi dövlətin yaratdığı imkanlardan faydalanmaq hüququna, eləcə də dövlət qarşısında müəyyən öhdəliklərə, o cümlədən törətdikləri cinayət əməllərinə görə məsuliyyət daşıyırlar.Azərbaycan dövləti qanunlarımıza, dövlətçilik dəyərlərimizə hörmətlə yanaşan, sivil cəmiyyətin bir hissəsinə çevrilmək istəyən bütün erməni əsilli vətəndaşlarımızın təhlükəsizliyinə təminat verir.Sadəcə olaraq onlar illərlə beyinlərini zəhərləmiş xülyalardan ayılmalı, uydurma miflərdən əl çəkməli, Qarabağ məsələsini yaşadıqları ölkənin siyasi dairələri ilə alver predmetinə, qazanc mənbəyinə çevrilmiş erməni lobbisinin, Ermənistan siyasilərinin yalanlarına inanmamalıdırlar. Onlar gələcəyə baxmağı bacarmalıdırlar. Əgər özlərində güc, obyektivlik tapıb gələcəyə nəzər salmağı bacarsalar, görəcəklər ki, xoşbəxtlik, rifah, onların ləyaqətli həyatı, vətəndaş hüquqlarına hörmət məhz Azərbaycandadır. Münaqişə bitməsinə baxmayaraq, müharibə cinaəyətlərindən qalmayan Ermənistan Laçın-Xankəndi yolundan hərbi məqsədlər, minaların və talan olunan təbii sərvətlərin daşınması məqsədilə istifadə edir. Ermənistanın bu qanunsuz əməllərinin qarşısı qəti surətdə alınmalıdır. Həmçinin kriminal iş adamı Ruben Vardanyanın Azərbaycanın təbii sərvətlərinin talan etməsi və ətraf mühitə ciddi ziyan vurulması yolverilməzdir. Etiraz əlaməti olaraq Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri və ekologiya fəalları Şuşa-Laçın yolunda etiraz aksiyası keçirmək qərarı veriblər.Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində Azərbaycan Qeyri-hökumət təşkilatının nümayəndələrinin, ictimai fəalların , jurnalistlərin və gənclərin iştirakı ilə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz əlaməti olaraq Şuşa – Laçın yolunda aksiya keçirilmişdir. Aksiya iştirakçıları ekoloji terror və yataqların qanunsuz istismarı əlehinə şüarlar səsləndirmişlər. Rusiya sülhməramlıları isə etiraz aksiyası qarşısında səsləndirilən şüarların və sualların qarşısında təbii ki aciz qalmışlar . Aksiya dinc şəkildə keçmiş, hər hansı asayiş pozuntusu baş verməmişdir. Sülh prosesini pozaraq vaxt uzatmağa çalışan, bəlkə nə vaxtsa dəyişə biləcək geosiyasi vəziyyətin yetişməsinə ümid edən və öz vətəndaşlarını da yeni xülyalarla aldadan Ermənistan və bu ölkənin havadarları yenə xarici ölkələrdə haray-həşir salmağa başlayıblar. Laçın yolunda keçirilən aksiya, yolun bağlanması Qarabağda yaşayan ermənilərin hüquqlarının pozulması, onların, guya, təhlükə ilə üzləşməsi kimi təqdim olunur. Bütün bunlar ermənilərin saxtakarlıq xəstəliyindən hələ də sağalmadıqlarını və sağalmaq belə istəmədiklərini göstərir. Halbuki Azərbaycanın tarixi zəfəri nəticəsində bütün saxta mifləri puç olandan, iç üzləri görünəndən sonra işğalçı qonşularımızın bu mərəzdən sağalacaqlarına ümidlər böyük idi.Bundan başqa, sülhməramlıların hesabatlarında bir çox yaşayış məntəqələrimizin rəsmi adları göstərilmir və uydurma erməni toponimlərindən istifadə olunur.Son dövrlərdə Ermənistan silahlı birləşmələri tərəfindən müxtəlif mövqelərdən atəşkəsin pozulması halları da kifayət qədər artıb.Təbii sərvətlərimizin qeyri-qanuni istismarı dayandırılmalı və bütün bu fəaliyyət Azərbaycan Respublikası qanunvericiliyi əsasında həyata keçirilməlidir. Etiraz aksiyası Azərbaycan ictimaiyyətinin bütün bunlarla bağlı haqlı narazılığının göstəricisidir. Anar Məmmədov, YAP Gədəbəy rayon təşkilatının məsul əməkdaşı aia.az Geri dön |