Ana Sayfa > Özəl / Qərbi Azərbaycan > Gəncədə könüllü qanvermə aksiyası təşkil olunub

Gəncədə könüllü qanvermə aksiyası təşkil olunub


20-12-2022, 18:46. Yazar: sevinc1
Gəncədə könüllü qanvermə aksiyası təşkil olunub

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə başladılan "Talassemiyasız həyat naminə" proqramı çərçivəsində Gəncədə qanvermə aksiyası keçirilib.

aia.az xəbər verir ki, aksiya Gəncə şəhər İcra Hakimiyyətinin və Milli Hematalogiya və Transfuziologiya Mərkəzinin birgə təşkilatçılığı ilə Mərkəzi Qan Bankının Gəncə Bölməsində baş tutub.
Talassemiya və hemofiliyadan əziyyət çəkən uşaqlara köməklik göstərmək məqsədilə könüllü olaraq keçirilən aksiyada Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, icra aparatının məsul əməkdaşları, idarə, müəssisə, təşkilat rəhbərləri və şəhər sakinləri fəal iştirak ediblər.
Öncə həkim-hemotoloqlar tərəfindən hər bir donorun qan qrupu müəyyən edilib, onların səhhətində hər hansı bir problemin olmadığı aşkarlandıqdan sonra qanvermə aksiyasına start verilib.
Xatırladaq ki, günboyu davam edən aksiyada iştirakçılardan tədarük olunan qan və qandan hazırlanan preparatların hemofiliyalı və talassemiyalı xəstələrin, eləcə də qana ehtiyacı olan insanların müalicəsində istifadə olunması nəzərdə tutulub.

Azər Tağızadə
Geri dön