Ana Sayfa > Dünya > Paşinyan Sankt-Peterburqa gedəcək

Paşinyan Sankt-Peterburqa gedəcək


20-12-2022, 17:07. Yazar: sevinc1
Paşinyan Sankt-Peterburqa gedəcək

Ermənistan Baş naziri Nikol Paşinyan Rusiyanın Sankt-Peterburq şəhərinə səfər edəcək.

aia.az xəbər verir ki, bu barədə Baş nazirin ictimaiyyətlə əlaqələr aparatının rəhbəri Armen Xaçatryan bildirib.

Paşinyanın 26-27 dekabrda Rusiyanın Sankt-Peterburq şəhərində Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin dövlət başçılarının qeyri-formal sammitinə qatılacağı bildirilib.

Paşinyanla Azərbaycan və Rusiya liderləri arasında üçtərəfli görüşün keçirilib-keçirilməyəcəyinə dair suala isə Xaçatryan “gündəmdə belə məsələ yoxdur” deyə cavab verib.

aia.az
Geri dön