Ana Sayfa > Seçki 2024 > Vüsal İsmayılov: Erməni təxtibarlarına tutarlı cavab

Vüsal İsmayılov: Erməni təxtibarlarına tutarlı cavab


20-12-2022, 16:33. Yazar: sevinc1
Vüsal İsmayılov: Erməni təxtibarlarına tutarlı cavab

İki əsrdən artıqdır ki, erməni millətçilərinin türk xalqlarına qarşı düşmənçilik siyasəti davam edir. Mənfur, riyakar, ikiüzlü erməni millətçiləri zaman - zaman xalqımıza qarşı soyqırımlar törətmiş, soydaşlarımıza qarşı misli görünməmiş, insanlığa sığışmayan vəhşiliklər törətmişlər. Dünya ölkələrinin və beynəlxalq təşkilatların gözü qarşısdında törədilən bu cinayətlər cavabsız qalmışdır. Təəssüflər olsun ki, cəzasızlıq onları bu cinayətlərdən çəkindirməmiş, indinin özündə də erməni terroru, erməni xəyanəti davam etməkdədir.
2020-ci ildə qazanılan Möhtəşəm Zəfərdən sonra işğaldan azad edilmiş ərazilərimzdə mövcud olan mənzərə insanı dəhşətə gətirirdi. Çünki hər tərəf, bütün infrastruktur dağıdılmış, yaşayış binaları və inzibati binalar sökülmüşdü. Həmin yerlərdə yaşamaq üçün heç bir şərait qalmamışdı. Azğın düşmən bizim üçün müqəddəs olan məscidləri, qəbristanlıqları yerlə - yeksan etmiş, ölkəmizin təbiətinə, ekologiyasına ciddi ziyan vurmuşdular. Laçında, Kəlbəcərdə, Zəngilanda, Qubadlıda, Hadrutda, Xocavənddə planetimizin ağ ciyərləri olan meşələrimizi məhv etmişdilər. Vəhşi düşmən bizim meşələrimizi, yaşıllıqları 30 il ərzində qırmış, talamış və son müddət ərzində yandırmış, bir sözlə, ərazilərimizi ekoloji terrora məruz qoymuşdur.
Möhtərəm Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyev cənabları çıxışlarının birində demişdir: “Bütün dünya görməlidir erməni vəhşiliyi nə deməkdir və bütün dünyaya biz bunu göstərəcəyik. Təkcə Füzuli yox, Ağdam şəhəri nə gündədir, başqa şəhərlər. Sanki bu torpaqlardan bir vəhşi qəbilə keçib. Hər şeyi dağıdıb, talan edib, bizim mədəni, tarixi, dini irsimizi silmək istəyib, ancaq istədiyinə nail ola bilməyib. Çünki biz gəlməli idik, qayıtmalı idik. Gəlmişik və qayıtmışıq. Düşməni qovmuşuq torpaqlarımızdan, Azərbaycanın Dövlət Bayrağını ucaltmışıq. Bundan sonra bu torpaqda biz yaşayacağıq, necə ki, əsrlərboyu biz yaşamışıq, bizim xalqımız yaşayıb”. Möhtərəm Prezidentimizin bu sözləri reallığa çevrilir.
Son günlər Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərimizdə faydalı qazıntı yataqları, xüsusilə “Qızılbulaq” qızıl və Dəmirli mis - molibden yataqlarının qanunsuz istismarı xalqımızın qəzəb və hiddətinə səbəb olmuşdur. Buna etiraz olaraq eko - fəallar və QHT təmsilçiləri Şuşa - Xankəndi yolunda aksiya keçirirlər. Məqsəd ondan ibarətdir ki, təcili olaraq bu istismarçı talanlara son qoyulsun. Rusiya sülhməramlıları şərait yaratmalıdırlar ki, Azərbaycan ekoloqları həmin mədənlərdə monitorinqlər aparsınlar və qanunsuz istismarın qarşısı alınsın. Aksiya haqlı tələblər üzərində qurulub və ərazi üzərində suveren hüquqları olan Azərbaycan qanunlarına, beynəlxalq konvensiyalara tam uyğundur. Azərbaycanın bölgədə dayanıqlı sülhə çalışdığı bir vaxtda mənfur ermənilərin bu hərəkəti, bu istismarı xəyanətdir və sülhü ləngitməyə yönələn növbəti təxribatdır. Xalqımız imkan verməyəcək ki, ermənilər bu məkrli məqsədinə çatsınlar, müdrik xalqımız isə zaman - zaman oz hədəflərinə çatacaqdır. Əgər qıısa müddətdə ərazilərimizdə bu qanunsuzluğa son qoyulmazsa, istismar dayandırılmazsa əlbəttə ki, Azərbaycan öz gücü hesabına bu məsələni milli maraqlarımıza uyğun şəkildə, beynəlxalq hüquq normalarına uyğun olaraq həll edəcəkdir. Çünki, Azərbaycanın İlham Əliyev cənabları kimi qətiyyətli, uzaqgörən, nüfuzlu, təcrübəli Lideri və öz Liderini böyük məhəbbətlə sevən və onun arxasıında sıx birləşmiş müdrik xalqı və istənilən təxribatın qarşısını almağa qadir güclü, qüdrətli Ordusu var.

Vüsal İsmayılov,
YAP Qazax rayon təşkilatı
ərazi partiya təşkilatının sədri
Geri dön