Ana Sayfa > Karusel / Parlament > Bakıda küçəyə atılan 3 aylıq körpə sığınacağa yerləşdirildi
Bakıda küçəyə atılan 3 aylıq körpə sığınacağa yerləşdirildi20-12-2022, 14:50. Yazar: sevinc1 |
![]() Bakıda ötən gün körpə küçəyə atılıb. aia.az xəbər verir ki, bu barədə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova sosial şəbəkədə yazıb. O bildirib ki, körpə dünən gecə saatlarında paytaxt sakinlərindən birinin qapısına tanımadığı şəxs tərəfindən qoyulub və o uşağı sığınacağa gətirib: “Körpənin üzərində özünün və anasının sənədi tapılıb. Hazırda körpənin hansı səbəbdən tərk edilməsi və anasının tapılması üçün araşdırma aparılır. O, müayinə olunaraq sığınacağımıza yerləşdirilib”. *** Bakıda küçədə 3 aylıq körpə tapılıb. aia.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyevməlumat verib. Bildirib ki, Binəqədi rayonunda dekabrın 19-da axşam saatlarında Binəqədi qəsəbəsi Gülüstan küçəsində atılan 3 aylıq oğlan uşağı polis tərəfindən sığınacağa yerləşdilib. Polis əməkdaşları tərəfindən körpənin anasının şəxsiyyəti müəyyən olunub. Faktla bağlı araşdırma aparılır. aia.az Geri dön |