Ana Sayfa > Seçki 2024 > İşğaldan azad edilmiş ərazilərdə iqtisadi canlanmanın yaradılması

İşğaldan azad edilmiş ərazilərdə iqtisadi canlanmanın yaradılması


20-12-2022, 10:18. Yazar: sevinc1
İşğaldan azad edilmiş ərazilərdə iqtisadi canlanmanın yaradılması

Sentyabrın 27-də başlayan və cəmi 44 gün davam edən Vətən Müharibəsi nəticəsində rəşadətli ordumuz işğalçı Ermənistanın ordusunu diz çökdürdü. Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan, Şuşa daxil olmaqla, ümumilikdə 300-dən artıq yaşayış məntəqəsi erməni işğalından azad edildi. Azərbaycan, Rusiya və Ermənistan arasında noyabrın 10-da imzalanan üçtərəfli bəyanata uyğun olaraq ötən ayın 20-də Ağdam, 25-də Kəlbəcər, dekabrın 1-də Laçın boşaldılaraq Silahlı Qüvvələrimizə təhvil verilibdi. Bununla da işğala son qoyularaq ölkəmizin ərazi bütövlüyü təmin olundu.İşğaldan azad olunmuş Azərbaycan ərazilərinə bu gün yeni həyat, yeni nəfəs qayıdır.
Ermənistanın 30 ilə yaxın işğalı dövründə dağıdılan, yerləyeksan edilən hər bir yaşayış məntəqəmizdə hazırda abadlıq-quruculuq işləri sürətlə davam edir. Prezident İlham Əliyev ardıcıl olaraq  azad olunmuş ərazilərə səfərlər edir, aparılan işlərin gedişi ilə şəxsən tanış olur. Dövlət başçısı və birinci xanım Mehriban Əliyeva Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarına növbəti səfər zamanı bir sıra yeni obyektlərin təməlini qoyub, Böyük qayıdışın başladığı Zəngilanın Ağalı kənd orta məktəbinin şagird-müəllim kollektivi və sakinləri ilə görüşüblər.Qarabağda aparılan yenidənqurma, bərpa-quruculuq işləri beynəlxalq aləmin də diqqət mərkəzindədir. Dünyanın bir sıra ölkələrindəki şirkətlərin Qarabağda aparılan tikinti-bərpa işlərinə qoşulması da bundan xəbər verir. işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri bu yerlərə yenidən həyat verir, erməni faşistlərinin həmin ərazilərə vurduğu ciddi ziyan tədricən aradan qaldırılır. Əslində, şəhərlər, kəndlər yenidən qurulur. Azad edilmiş bütün ərazilərdə quruculuq-abadlıq işləri sürətlə aparılır. bu gün Azərbaycanın mədəniyyət paytaxtında V Xarıbülbül Beynəlxalq Folklor Festivalı başlayır. Şuşada və Qarabağın digər bölgələrində keçirilən beynəlxalq musiqi festivalı 30 illik fasilədən sonra 2021-ci il mayın 12-13–də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə yenidən təşkil edilib. 2021-ci il mayın 12-13-də Şuşanın Cıdır düzündə keçirilən sayca IV festivalın ilk günündə milli rəqs, muğam sənəti təqdim olunub, Azərbaycanın müxtəlif regionlarını və milli azlıqları təmsil edən folklor kollektivlərinin konsertləri keçirilib. Bunlarla yanaşı, müxtəlif illərdə Şuşada lentə alınmış Azərbaycan xanəndələrinin ifalarından ibarət videoçarxlar nümayiş etdirilib. Festivalın ikinci günündə Azərbaycan bəstəkarlarının klassik musiqi əsərləri təqdim olunub.
İşğaldan azad olunan ərazilərimizdə iki ildən az müddətdə ikinci beynəlxalq hava limanı istifadəyə verildi. Bu, ölkəmizin gücünü göstərməklə yanaşı, Qarabağ və Şərqi Zəngəzurun intensiv bərpa olunduğundan, həmin bölgələrdə təhlükəsizlik tədbirlərinin daha da gücləndirildiyindən xəbər verir. Zəngilan iqtisadi və turizm baxımından böyük potensiala malik rayondur. Burada istehsal olunan məhsullar ölkəmizdə istifadə edilməklə yanaşı, birbaşa xarici ölkələrə çıxarıla biləcək. Zəngilan Hava Limanı yaxın gələcəkdə istifadəyə veriləcək Zəngəzur dəhlizinə inteqrasiya olunacaq. Bundan sonra hava limanı "Şərq-Qərb", "Şimal-Cənub" nəqliyyat dəhlizlərinin də elementinə çevriləcək. Bu da Zəngilan daxil olmaqla, həmin ərazilərimiz vasitəsilə daşınan beynəlxalq yüklərin həcminin artmasına və Azərbaycanın daha çox gəlir əldə etməsinə imkan verəcək. Şərqi Zəngəzurda turizm potensialı yüksək olduğundan bu hava limanının tikilməsi yerli və beynəlxalq uçuşlar baxımından çox əhəmiyyətlidir.Gündən günə ölkəmiz gözəlləşir.Hər zaman xalqıma azad,firavan,xoş günlər arzulayıram.

Aidə Məhərrəmova,
ADPU.YAP üzvü
Geri dön