Ana Sayfa > Özəl > Zəngəzur dəhlizinin açılması , regionun inkişafına öz müsbət töhvəsini verəcək
Zəngəzur dəhlizinin açılması , regionun inkişafına öz müsbət töhvəsini verəcək19-12-2022, 21:51. Yazar: sevinc1 |
Hər birimizə məlumdur ki, müasir dövrdə dünya ticarətinin təxminən 80 faizi okean və dənizlərin üzərindən aparılır. Ona görə də bu növ daşınma nəticəsində yaranan bahalaşma istehsalçılarla yanaşı, alıcılar üçün də çətinliklər yaradır.Təbii ki, hər bir problem yarandıqda ondan çıxış yolu axtarılır. Hazırda dünya ölkələri daşınmaların daha ucuz olan quru və dəmir yolu ilə həyata keçirilməsinə maraq göstərir. Bunun üçün mövcud və alternativ marşrutların imkanları araşdırılır. Belə olan halda Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyəti daha da artacaq. Zəngəzur dəhlizinin açılması ilə həm “Şərq-Qərb”, həm də “Şimal-Cənub” nəqliyyat dəhlizlərinin imkanları genişlənəcək. Belə ki, nəqliyyat dəhlizlərinin şaxələnməsi onun etibarlılığını artıran mühüm faktordur. 2020-ci ildə Vətən müharibəsində qazanılan qələbədən sonra , torpaqlarımızın işğaldan azad edilməsi nəticəsində Azərbaycan bir sıra əhəmiyyətli layihələrə imza atdı. Bu layihələrdən biri də beynəlxalq yükdaşımalara xidmət edəcək Zəngəzur dəhlizinin açılmasıdır. 10 noyabr 2022-ci ildə üçtərəfli bəyanatın imzalanmasına baxmayaraq, ermənilər və onların havadarları Zəngəzur dəhlizinin açılmasına hər vəchlə mane olmaq istəyirlər. Çünki Zəngəzur dəhlizinin açılması Azərbaycanla Türkiyənin dünyada siyasi əhəmiyyətini daha da artıracaq. Bununla yanaşı, hər iki ölkəyə dünyada gedən siyasi proseslərə təsir göstərmək imkanı da qazandıracaq. Həmin qüvvələrə Prezident İlham Əliyev qəti şəkildə xəbərdarlıq edərək demişdir: “İndi Ermənistan Zəngəzur dəhlizinin açılmasına əngəl törətmək istəyir. Amma nail ola bilməyəcək. Məcbur edəcəyik onları, məcbur edəcəyik. Necə ki, qovmuşuq torpaqlarımızdan, bütün istəyimizə nail olacağıq”. Möhtərəm Prezidentimiz İlham Əliyevin qətiyyəti qarşısında Ermənistan geri addım atmağa məcbur oldu. Artıq qonşu ölkədə Zəngəzur dəhlizinin açılmasının vacibliyi və onun Ermənistana da fayda gətirəcəyi barədə bəyanatlar verilir. Azərbaycan dövlətinin tələbi və böyük güclərin bu işə olan marağı qarşısında Ermənistan Zəngəzur dəhlizinin açılması ilə razılaşmağa məcbur oldu. Baxmayaraq ki, bu ölkədə mövcud müxalif siyasi qüvvələr və bəzi iqtidar nümayəndələri buna mane olmağa cəhd göstərirdilər. 2022-ci ilin noyabrın 10-da imzalanmış məlum sənədə Prezident İlham Əliyevin tələbi ilə ilk baxışda Dağlıq Qarabağ münaqişəsinə aid olmayan, lakin ölkəmiz və region üçün çox vacib olan 9-cu maddənin salınması mühüm diplomatik qələbə sayılmalıdır. Həmin maddə Naxçıvanla birbaşa əlaqənin bərpasına imkan verir ki, bu da, ilk növbədə, muxtar respublikanın nəqliyyat blokadasından çıxması deməkdir. Bəli bu gün Azərbaycan dövləti bölgənin iqtisadi cəhətdən inkişaf etməsində maraqlıdır. Bəzi üzdəniraq qonşularımızın maneçilik etmək istədikləri Zəngəzur dəhlizinin açılması da bir çox dünya dövlətləri kimi, bölgə dövlətlərinə də öz səmərəsini verəcəkdir. Məhəmməd Əliyev YAP Cəbrayıl rayon təşkilatının sədr müavini Geri dön |