Ana Sayfa > Özəl / Seçki 2024 > Gədəbəy rayonunda Şəhid Əsgərov Hüseyin Ramiz oğlunun ikinci il dönümü münasibətilə məzarı ziyarət olunub

Gədəbəy rayonunda Şəhid Əsgərov Hüseyin Ramiz oğlunun ikinci il dönümü münasibətilə məzarı ziyarət olunub


19-12-2022, 17:21. Yazar: sevinc1
Gədəbəy rayonunda Şəhid Əsgərov Hüseyin Ramiz oğlunun ikinci il dönümü münasibətilə məzarı ziyarət olunub

aia.az xəbər verir ki, 19.12.2022-ci il tarixdə 44 günlük Vətən müharibəsində Şəhid olan Gədəbəy rayonunun Qoşabulaq kənd sakini Əsgərov Hüseyin Ramiz oğlunun ikinci il dönümü münasibətilə YAP Gədəbəy rayon təşkilatının Sədri, Gədəbəy rayon RİH Başçısı aparatının məsul işçiləri, Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Gədəbəy rayon Şöbəsinin əməkdaşları,Gədəbəy şəhər Cümə məscidinin imamı Rövşən Mustafayev və kənd camaatının iştirakı ilə məzarı ziyarət olundu, ruhuna dualar oxundu, əziz xatirəsi böyük ehtiramla yad edildi.

Şəhid atası dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevə,Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirdi.

Allahdan bütün Şəhidlərimizə rəhmət diləyir, onları dərin ehtiramla anır, ruhları qarşısında baş əyirik!
Geri dön