Ana Sayfa > Şou-biznes > Sığorta şirkəti vəkilin iradlarına cavab verdi
Sığorta şirkəti vəkilin iradlarına cavab verdi17-06-2016, 15:24. Yazar: admin |
“Nurgün şirkətlər qrupu”na daxil olan “Rəvan sığorta” şirkətinin fəaliyyyəti ilə əlaqədar dünən saytımızda yayımlanan xəbərə öz münasibətini bildirib. Xatırladaq ki, vəkil Ceyhun Yusifov hüquqlarının “Rəvan sığorta” şirkəti tərəfindən pozulduğunu və şirkətin üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyini iddia edib. Şirkətdən saytımıza bildirilib ki, “Rəvan sığorta” Azərbaycan Respublikasının qanunvericiliyinə və müvafiq normativ aktlara əsasən fəaliyyət göstərir və üzərinə düşən bütün öhdəlikləri şəffaf, tam şəkildə və zamanında yerinə yetirir. “Şirkətlə müştəri arasında bağlanan sığorta müqaviləsinin ləğvi rəsmi tələblərdən irəli gələn qaydalarla nizamlanır. Sığorta müqaviləsinin ləğvi üçün heç bir əlavə xərc təlb olunmur. Müştəri müqavilənin ləğvi üçün ərizə ilə müraciətinə Sığorta Şəhadətnaməsini və avtovobilin girovdan azad olunması barədə lizinq şirkətinin məktubunu əlavə etməlidir”, - məlumatda belə deyilir. Qeyd olunur ki, Ceyhun Yusifov 16 iyun 2016-cı il tarixində “Rəvan sığorta” şirkətinə müraciət edərək, şirkətlə müştəri arasında bağlanan sığorta müqaviləsinin ləğvini tələb edib. Bu zaman Sığorta Şəhadətnaməsini itirdiyini və bu sənədi təqdim edə bilməycəyini açıqlayıb. Belə olan halda C.Yusifova izah olunub ki, qanunvericiliyə əsasən, Sığorta Şəhadətnaməsinin itməsi barədə kütləvi informasiya vasitəsində elan yerləşdirməli və bu sənəd ərizə və lizinq şirkətinin girovdan azad olunma barədə məktubuna əlavə etməlidir. “Rəvan sığorta” şirkətindən onu da əlavə ediblər ki, vəkil Ceyhun Yusifovun şirkətə müraciət etdiyi 16 iyun 2016-cı il tarixə onun sığorta balansında 474 manat vəsait qalıb və tələb olunan sənədlər təqdim edildyi təqdirdə, bu vəsaitin geri qaytarılması təmin olunacaq və həmin əməliiyat üçün heç bir əlavə ödəniş tələb olunmur. Dünənki yazıda Ceyhun Yusifov “Rəvan Sığorta”nın əməkdaşlarının qəza baş verən zaman hadisə yerinə gəlmədiyini bildirmişdi. Bununla əlaqədar sığrta şirkətindən bildirilib ki, adı çəkilən müştəri 7 oktyabr 2014-cü il tarixində 19.45 radələrində Bərdə şəhərində idarə etdiyi “Nissan Altima” markalı avtomobilin yol qəzasına uğradığını bildirərək, “Rəvan Sığorta” şirkətinə müraciət edib. Şirkət nümayəndəsi hadisə yerinə gəlib, müvafiq raport tərtib edərək, sığorta halının icrasına dair sənədləşmə aparıb. Bu sənədin əsasında avtomobilə dəyən maddi ziyanın ödənilməsi üçün Ceyhun Yusifovun yaşayış ünvanına dəvət göndərilib. Ancaq C.Yusifov qarşı tərəflə anlaşdığını əsas gətirərək, sığorta halının qüvvəyə minməsindən imtina edib. “Rəvan sığorta”dan bu faktlarla bağlı bütün sənədləri təqdim edə biləcəklərini açıqlayıb və əlavə ediblər ki, həqiqətə uyğun olmayan məlumatlar yayan şəxslər hüquqi və mənəvi məsuliyyətini dərk etməlidirlər. “Əks halda, şirkət müvafiq instansiyalara müraciət hüququnu özündə saxlayır”, - məlumatda belə qeyd olunur. Geri dön |