Ana Sayfa > Özəl > Ermənistan törətdiyi ekoloji terrora son verməlidir!

Ermənistan törətdiyi ekoloji terrora son verməlidir!


19-12-2022, 14:47. Yazar: sevinc1
Ermənistan törətdiyi ekoloji terrora son verməlidir!

Ermənistanın Azərbaycana qarşı etnik nifrət zəmnində həyata keçirdiyi soyqırım, işğalçılıq, terrorçuluq siyasəti ilə yanaşı, yürütdüyü ekoloji terror siyasəti nəticəsində 30 il ərzində ölkəmizin təbiətinə, bioloji müxtəlifliyinə, flora və faunasına, su mənbələrinə, ümumilikdə işğal altında olmuş ərazilərin ekologiyasına, regionun ekosisteminə ciddi zərər vurulub, beynəlxalq ekoloji cinayət törədilib. Müxtəlif nadir bitki və heyvan növləri məhv olmuş, çay və göllərdə özünü tənzimləmə prosesinin dayanması su hövzələrinin bütün canlılar üçün zərərli, ölü bir zonaya çevrilməsinə gətirib çıxarmışdır. Ermənistanın Azərbaycana qarşı ekoloji terroru bu gün də davam etməkdədir. Belə ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikası ərazilərində, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarında faydalı qazıntı yataqlarının qanunsuz istismarı ciddi ekoloji fəsadlar törətməkdədir. Dekabrın 3-də Azərbaycanın müvafiq dövlət qurumları, İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmaq istəsələr də sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb, nümayəndə heyəti hər iki istiqamətdə təxribatla üzləşiblər.
Bütün bu baş verənlərə etiraz olaraq Azərbaycan vətəndaş cəmiyyətinin üzvləri, ekoloji hüquqların müdafiəsi sahəsində fəaliyyət göstərən qeyri hökumət təşkilatlarının nümayəndələri, ictimai fəallar insan hüquqları sahəsində mövcud beynəlxalq sənədlərdə, o cümlədən milli qanunvericilikdə təsbit olunmuş hüquqlarından, xüsusilə sağlam ətraf mühitdə yaşamaq, sərbəst toplaşmaq, sərbəst hərəkət etmək, fikir və söz azadlığı hüquqlarından istifadə edərək hüquqların pozulmasına bilavasitə təsir göstərən ekoloji fəsadlara səbəb olan halların aradan qaldırlmasına haqlı narazılıqların bildirirlər. Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələrinin və ekologiya fəallarının Şuşa-Laçın yolunda həyata keçirdiyi etiraz aksiyası Azərbaycan ictimaiyyətinin haqlı narazılığının göstəricisidir və vətəndaş cəmiyyətinin bu mövqeyinə hörmətlə yanaşılmalıdır. Bu bizim vətəndaşlarımızın tələbidir. Rusiya sülhməramlı kontingentinin qarşısında qoyulan tələblərimiz isə qalmaqdadır. İçşi qrup üzvlərinə monitorinq üçün şərait yaradılması ilə yanaşı, Ermənistan tərəfindən Laçın-Xankəndi yolundan hərbi məqsədlər, minaların və talan olunan təbii sərvətlərin daşınması məqsədilə istifadə edilməsinin qarşısı alınmalıdır. Azərbaycan ərazilərində ermənilər və onlarla işbirliyi quranlar tərəfindən yol verilən cinayətlərin qarşısı mütləq alınmalıdır. Kriminal iş adamı Ruben Vardanyanın Azərbaycanın təbii sərvətlərinin talan etməsi və ətraf mühitə ciddi ziyan vurulması yolverilməzdir. Dəhşətlisi budur ki, Qızılağac, Dəmirli kəndləri və digər tarixi ərazilərimizin yeraltı və yerüstü sərvətləri sülhməramlıların gözləri önündə Ermənistan Respublikası tərəfindən talançılığa məruz qalır.



Bu aksiya qəsbkarlığa, talançılığa vərdiş etmiş Ermənistana ciddi mesajdır və hər şeydən öncə vətəndaşlarımız bədnam qonşularımızın bu xain istəyinə səssiz qalmayacaqlarını bütün dünyaya sübut etdi. Rusiya sülhməramlılarının yerləşdiyi ərazilərimizdə həyata keçirilən qanunsuz iqtisadi fəaliyyət, sərvətlərimizin talanması qəbuledilməzdir. Sülhməramlı adlandırılan, amma əslində, funksional işini bir yana atıb erməni maraqlarına və sülhdən başqa hər şeyə xidmət edən kontingentin bu qanunsuzluğa göz yumması isə başadüşülən deyil. Bunu araşdırmaq üçün əraziyə baxış keçirmək istəyən media və QHT təmsilçilərinin əraziyə buraxılmaması isə ümumiyyətlə heç bir qanuna və normaya sığmır. Bu, həm də onu təsdiqləyir ki, gerçəkdən bölgədə ekoloji talançılıq həyata keçirilir və bunun himayədarı adını sülhməramlı qoyan, əslində isə məramları ermənistana dəstək olan rus hərbçiləridir. Ərazidə Azərbaycan nümayəndələrinə qarşı göstərilən münasibət bu hərbi kontingentin harınlığının təsdiqidir. Azərbaycan hələ ki, “yumşaq güc” siyasətini həyata keçirir. Amma suverenliyimizə qarşı hər hansı təhdidə cavab hüququmuzu özümüzdə saxlayırıq. Düşmənin kimə güvənməsindən asılı olmayaraq qüdrətimizin və birliyimizin rəmzi olan “Dəmir Yumruq” hər zaman havadadır.

Yeni Azərbaycan Partiyası
Saatlı rayon təşkilatı aparatının məsləhətçisi
Aqşin Əliyev
Geri dön