Ana Sayfa > Özəl > Qarabağı cənnətə cevirən “Böyük Qayıdış” Azərbaycan xalqının ürəyincədir

Qarabağı cənnətə cevirən “Böyük Qayıdış” Azərbaycan xalqının ürəyincədir


19-12-2022, 10:39. Yazar: sevinc1
Qarabağı cənnətə cevirən “Böyük Qayıdış” Azərbaycan xalqının ürəyincədir

Ölkəmizin çoxəsrlik tarixinin nadir hadisələrindən sayılan tarixi Zəfər, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin məqsədyönlü siyasəti və məharətli sərkərdəlik qabiliyyəti nəticəsində Vətən müharibəsində, Qarabağ savaşında qazanılan qələbə ən şanlı səhifələrimizdəndir. Azərbaycan Ordusunun təcavüzkar Ermənistanın 30 illik işğalına cəmi 44 gün ərzində son qoyması, ədalətli müharibə apararaq torpaqlarımızı geri qaytarması, eyni zamanda xalqımızın ədalətli mübarizəsinin təntənəsidir. Tarixi ədaləti bərpa edən Azərbaycanın “Böyük Qayıdış” proqramı bu ənənəni bu gün də uğurla davam etdirilməsidir.
Bu məqsədlə Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda əks olunmuş “İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış” Milli Prioritetinin icrasının təmin edilməsi məqsədilə Prezident İlham Əliyevin 16.11.2022-ci il tarixli 3587 nömrəli Sərəncamı ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” təsdiq edilmişdir.  Bu Proqram dövlətlərarası münasibətlərlə əlaqədar beynəlxalq əhəmiyyətə malik mühüm bir hərəkatdır və məhz buna görə də öz mahiyyəti etibarilə Azərbaycan üçün həm regional, həm də beynəlxalq əhəmiyyətli hadisədir. “Böyük Qayıdış”, Azərbaycanın ərazi bütövlüyünün tam təmin edilməsinin strategiyası və taktikası, 30 il işğal altında qalmış və Ermənistan tərəfindən vəhşicəsinə dağıdılaraq xarabalıqlara çevrilmiş ərazilərin yenidən qurulması və həmin xarabalıqların üzərində yeni həyatın bərqərar edilməsi, işğaldan azad edilən ərazilərin istifadəyə verilməsi, həmin ərazilərdə çoxsaylı kəndlərin, şəhərlərin, tikililərin, yolların, körpülərin salınması, abadlaşdırma işlərinin aparılması deməkdir.
Dövlət Proqramı çərçivəsində qarşıya qoyulan prioritetlər “universallıq”, “inteqrasiyalı yanaşma” və “heç kimin geridə qalmaması” kimi prinsiplərə əsaslanan Dayanıqlı İnkişaf Məqsədlərinə və onların müvafiq hədəflərinə uyğunlaşdırılması gələcəkdə fəaliyyətin daha da genişləndirilməsini nəzərdə tutur.
Strateji əhəmiyyət kəsb edən məsələlərin çevik həllinə xidmət edən peşəkar idarəetmə sistemi, işğaldan azad olunmuş ərazilərdə müvəqqəti xüsusi idarəetmənin təşkili məqsədilə inzibati ərazi bölgüsünə uyğun olaraq, hər rayon üzrə xüsusi idarəetməni həyata keçirən müvəqqəti komendantlıqlar və Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri formalaşdırılması, yeni iqtisadi rayonların yaradılması uzaq hədəflərin müəyyən edilməsinə hesablanmış mükəmməl bir sistemdir.
Proqramın yerinə yetirilməsi və dayanıqlı inkişafına nail olunması üçün önəmli strateji istiqamətlərdən biri bölgənin minalardan, partlamamış hərbi sursatdan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardan təmizlənməsi vasitəsilə əhalinin, infrastruktur və istehsal obyektlərinin, kənd təsərrüfatı təyinatlı ərazilərin, həmçinin strateji əhəmiyyətli tikililərin və binaların təhlükəsizliyinin təmin edilməsidir ki, bu iş də uğurla davam etdirilir.
Qısa müddət ərzində Füzuli və Zəngilan Hava Limanlarının tikilib istifadəyə verilməsi, dəmir yollarının, avtomobil yollarının çəkilməsi, elktrik stansiyaları tikilməsi, digər infrastruktur layihələri həyata keçirilməsi “Böyük Qayıdış” proqramının əhəmiyyətini ortaya qoyur.
Uzun illər işğal altında qalan yurd yerlərində həyatın bərpası, müasir infrastruktur layihələrin reallaşması üşün hazırlıq işləri davam edir. Ölkə rəhbərimizin, cənab Prezident İlham Əliyevin dediyi kimi, “Qarabağı cənnətə cevirəcəyik”. Qarabağı cənnətə cevirən “Böyük Qayıdış” hamının, bütövlükdə Azərbaycan xalqının ürəyincədir, xalqımız bunu çox yüksək qiymətləndirir.
Azərbaycan öz iqtisadiyyatının gücü, öz qüdrəti hesabına “Böyük Qayıdış” proqramını reallaşdırır və mərhələ-mərhələ bütün hədəflərimizə çatırıq. Ölkə rəhbərinin, cənab Prezidentin “Böyük Qayıdış” proqramının uğurla icrası Qarabağı təkrarən cənnətə çevirir və biz bu prosesin canlı şahidləriyik.

Bəxtiyar Mustafayev,
YAP Mingəçevir şəhər təşkilatı sədrinin müavini

Geri dön