Ana Sayfa > Təhsil > Nazir çoxdan gözlənilən əmri imzaladı

Nazir çoxdan gözlənilən əmri imzaladı


17-06-2016, 15:20. Yazar: admin
Nazir çoxdan gözlənilən əmri imzaladı
Azərbaycanda 2016-2017-ci dərs ili üçün ümumtəhsil məktəblərində təşkil olunan fərdi təhsilin nümunəvi tədris planı təsdiqlənib.

Aia.az Təhsil Nazirliyinə istinadən bildirir ki, nazir Mikayıl Cabbarovun bununla bağlı imzaladığı əmrə əsasən, bu tədris planı Azərbaycan təhsil nazirinin 29.05.2014-cü il tarixli, 645 nömrəli əmri ilə təsdiq edilmiş "Fərdi təhsilin təşkili haqqında Qaydalar"a uyğun olaraq, uzun müddət təhsildən kənarda qalmış şəxslərin təhsilinin təşkilini tənzimləyir. Tədris planına daxil edilən fənlər üzrə proqramlar nəzərdə tutulan həftəlik dərs saatlarının miqdarına uyğun olaraq, ən zəruri bilik və bacarıqların mənimsədilməsi təmin edilməklə müvafiq ümumi təhsil proqramları əsasında aidiyyəti fənn müəllimlərinin iştirakı ilə təhsil şöbəsinin (idarəsinin) metodkabineti tərəfindən hazırlanıb təsdiq olunur.

Tədris planı üzrə dərslər həftədə 4 gün təşkil edilir. Dərs məşğələlərinin müddəti 45 dəqiqədir. Dərs saatı həftədə 0,5 saat olan fənlər dərs cədvəlində qeyd edilməklə həftəaşırı tədris olunur.

Fərdi təhsilə cəlb olunmuş şəxslər dərs ili ərzində müəyyən edilmiş tətillərə ümumtəhsil məktəb şagirdləri ilə eyni vaxtda buraxılırlar.
Geri dön