Ana Sayfa > Seçki 2024 > 2020-ci ilin sonunda 44 günlük Vətən müharibəsində əldə olunmuş Zəfər nəticəsində torpaqlarımız Ermənistanın 30 illik işğalından azad edildi

2020-ci ilin sonunda 44 günlük Vətən müharibəsində əldə olunmuş Zəfər nəticəsində torpaqlarımız Ermənistanın 30 illik işğalından azad edildi


17-12-2022, 19:56. Yazar: sevinc1
2020-ci ilin sonunda 44 günlük Vətən müharibəsində əldə olunmuş Zəfər nəticəsində torpaqlarımız Ermənistanın 30 illik işğalından azad edildi

Prezident İlham Əliyevin cari ilin 14 dekabr tarixində Türkmənistanda təşkil olunmuş Üçtərəfli Zirvə Görüşündəki iştirakı bir daha göstərdi ki, hər üç ölkə arasında olan əlaqələr yüksələn xətlə inkişaf etməkdədir. Azərbaycan-Türkiyə-Türkmənistan arasında əlaqələrin belə bir səviyyədə inkişafı təkcə bu dövlətlərin deyil, həm də regionun ümumi tərəqqisinə, Cənubi Qafqazda sabitliyin bərqərar olmasına mühüm töhfələr verir. Bu birlik bölgədə ən əsas təhlükəsizliyin qarantıdır.
Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev rəhbərliyi altında 2020-ci ilin sonunda 44 günlük Vətən müharibəsində əldə olunmuş Zəfər nəticəsində torpaqlarımız Ermənistanın 30 illik işğalından azad edildi.Azərbaycan xalqı Ali Baş Komandanın ətrafında bir yumruq olaraq birləşdi və xalq-iqtidar birliyi bu qələbənin qazanılmasında əsas amillərdən oldu.Azərbaycan Prezidenti İlham Əliyev Türkmənbaşı şəhərində Türkiyə və Türkmənistan prezidentləri ilə geniş tərkibdə görüşündəki çıxışında söyləyib. “Hazırda dünyada yeni çağırışlar və təhdidlər var. Bu səbəbdən digər sahələr ilə yanaşı ölkələrimiz arasında təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığın genişləndirilməsi böyük önəm daşıyır”, - deyə dövlətimizin başçısı bildirib. Azərbaycan-Türkiyə-Türkmənistan üçtərəfli formatında görüşün önəmini bir daha vurğulayan Prezident İlham Əliyev deyib: “Ümid edirəm ki, belə görüşlər bundan sonra müntəzəm olaraq keçiriləcək və qardaş ölkələrimiz arasında münasibətlərin daha da inkişaf etməsinə böyük töhfə verəcək”.Vətən müharibəsində qazanılan şanlı Qələbə zəngin tariximizin ən parlaq səhifəsi, indiki və gələcək nəsillərin hər zaman fəxr edəcəyi və iftixar duyacağı qəhrəmanlıq salnaməmizdir.
Ölkə Prezidenti cənab İlham Əliyevin dünya səviyyəsində həyata keçirdiyi balanslaşdırılmış xarici siyasəti Azərbaycanı inkişaf etmiş demokratik ölkələr sırasına çıxarmaqla mövqeyini möhkəmləndirib.Azərbaycanın müstəqil, demokratik, azad eyni zamanda qalib ölkə olaraq dünya birliyindəki nüfuzu daha da artıb.Üçtərəfli əlaqələr nə qədər güclü olsa, nə qədər möhkəm birlik olsa, maraqlar da bir o qədər təmin ediləcək.Bu da Azərbaycan-Türkiyə-Türkmənistanın beynəlxalq aləmdə daha güclü, regional inkişafda daha çox söz sahibi olmasına gətirib çıxaracaq.Sonda Prezidentimiz Azərbaycan-Türkiyə-Türkmənistan üçtərəfli formatında görüşün önəmini vurğulayaraq, belə görüşlərin bundan sonra müntəzəm olaraq keçiriləcəyini və qardaş ölkələrimiz arasında münasibətlərin daha da inkişaf etməsinə böyük töhfə verəcəyini söyləmişdir.

Anar Məmmədov,
YAP Gədəbəy rayon təşkilatının məsləhətçisi
Geri dön