Ana Sayfa > Özəl > Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələrinin və ekologiya fəallarının Şuşa-Laçın yolunda həyata keçirdiyi etiraz aksiyası ilə əlaqədar.

Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələrinin və ekologiya fəallarının Şuşa-Laçın yolunda həyata keçirdiyi etiraz aksiyası ilə əlaqədar.


16-12-2022, 21:23. Yazar: sevinc1
Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələrinin və ekologiya fəallarının Şuşa-Laçın yolunda həyata keçirdiyi etiraz aksiyası ilə əlaqədar.

Laçın yolu azərbaycanlı etirazçılar tərəfindən deyil, Rusiya Federasiyasının sülhməramlı kontingenti tərəfindən bağlanıb. Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri sadəcə talan edilmiş təbii sərvətlərin qanunsuz daşınmasının qarşısını almağa çalışır.

Ta, keçmişə nəzər salsaq rusların ölkəmizə qarşı daima işğalçılıq siyasətində olduğunu görmüş olarıq. Düşmən, hər vəchlə ölkəmizi sıxışdırmağa çalışmış, müstəmləkəsi erməni xalqını torpaqlarımıza köçürərək baş verəcək böyük fəlakətlərin əsasını qoymuşlar.
Düşmənin vaxtilə etdiyi bu yanlış hal-hazırda olksmiziny, xalqımızın yenə də zülm çəkməsinə səbəb olur
.
İki il öncə “Dəmir Yumruq” siyasəti ilə Azərbaycan Qarabağına qovuşdu. Və ölkəmizin bu qədər möhtəşəm işlər gördüyünü görən düşmən müdaxilə etmədən dayana bilməzdi təəssüf...

Rus “sülhməramlı” dəstəni göndərdi ki,iki ölkə arasında baş verəcək problemlərə sülh yanaşması edərək sülh ilə bitirsinlər. Amma bir düşmən o biri düşmənlə sülh şəraitində yaşamağımıza nəzarət edəcək,bu ölkəmiz üçün nə qədər də problemli bir haldır təəssüf...

Rus “sülhməramlı”nın olduğu dövrlərdə vəziyyət yenə də öncəki kimi qalmış, hətta zaman zaman bir neçə gün davam edən böyük atışmalar olmuş, Azərbaycan bir neçə şəhidlər vermişdir.

Və hal-hazırda da düşmən rus “sülhməramlıları” xalqımıza qarşı problem yaratmışdır. Bağladıqları Laçın onlar üçün bu qədər çətin olacağını düşünməyiblər yəqin...
Amma 44 gün, yorulmadan azadlıq yoluna qoyulan xalqı türklər demişkən bu qədər hafife almaq ən böyük səhvləri oldu.

Xalqımız yenə də həmrək,bir olmuş,yenə də Dəmir Yumruq halında birləşib alnıaçıq, silahsız, qorxmadan çəkinmədən düşmən qarşısında dayanıb haqqını halal edir. Və bu durum qaydasına düşməyənədək, hər iki düşmənin bu torpağı tərk etmədiyi vaxtadək bitməyəcək.

Onlar,əsla və əsla bu xalqın mübarizə əzmini qıra bilməyəcəklər!

Məmmədova Əfşan,
Azərbaycan Dövlət Pedaqoji Universiteti
Geri dön