Ana Sayfa > Manşet / Siyasət / Özəl / Seçilənlər-9 > Eltun Süleymanov: "Azərbaycan öz suveren ərazisində ekoterrora imkan verməyəcəkdir"

Eltun Süleymanov: "Azərbaycan öz suveren ərazisində ekoterrora imkan verməyəcəkdir"


16-12-2022, 19:00. Yazar: sevinc1
Eltun Süleymanov:  "Azərbaycan öz suveren ərazisində ekoterrora imkan verməyəcəkdir"

Məlumdur ki bu yaxınlarda Azərbaycan ETSN-in monitorinq qrupu ekoloji vəziyyətin monitorinqini aparmaq üçün Rusiya Federasiyası sülhməramlı kontingentinin rəhbərliyi ilə razılığa gəlmişdi. İlk əvvəl razılıq müddəalarına əməl edildi. Lakin sonradan ermənilərin təzyiqi ilə general-leytenant Volkov bu razılığın şərtlərini pozaraq monitorinqə icazə vermədi və şərait yaratmadı. Sülhməramlı kontingentin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində təbii sərvətlərin qeyri-qanuni istismarı, habelə ekoloji vəziyyətin pisləşməsi ilə bağlı ilkin monitorinq məqsədi aydın idi. Necə olursa olsun ekoloji terrora son qoyulmalı, Azərbaycanın təbii sərvətlərinin qeyri-qanuni istismarı dayandırılmalı idi. Azərbaycan Respublikası dövlət qurumlarının nümayəndələrinin və mütəxəssislərin əraziyə girişinə maneçilik törədilməsi səbəbindən Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin və ekoloqların etiraz aksiyası da bu səbəbdən baş verdi. Tələb də aydındır: Azərbaycanın sözügedən ərazilərində təbii sərvətlərin qeyri-qanuni istismarı dayandırılmalı, bütün təbii sərvətlərin istismarı Azərbaycan Respublikası qanunvericiliyi əsasında həyata keçirilməlidir. Lakin görünür bu tələb sülhməramlı kontingentin komandanı Volkova da ermənilər qədər sərfəli deyil. Görünür ki bu qeyri-qanuni istismardan onun da payı ayrılır və yaxud onun ağaları elə bu işin başında durur. Bu da bizim səbrimizin də hüdudularını aşır. Ona görə də xalq olaraq susduğumuz yetər deyə ayağa qalxmalı idik.

Bu sözləri aia.az-a verdiyi açıqlamada Nəsimi RİH-nin yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov deyib.

Müsahibimiz qeyd edib ki, “Bütün faydalı qazıntı yataqları, o cümlədən Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarına yerində baxış, qanunsuz istismarın dayandırılması, müxtəlif istiqamətlər üzrə monitorinq və inventarizasiyanın aparılması, əmlakın kadastr uçotunun təşkili, ətraf mühitə, yeraltı və yerüstü su mənbələrinə potensial zərərin və risklərin qiymətləndirilməsi və dəymiş zərərin nəticələrinin aradan qaldırılması məsələləri üzrə işçi qrup yaradılsa da, təəssüf ki, bu qrupun fəaliyyətinə imkan verilmədi. Danışıqlar nəticəsində əldə olunmuş razılığa baxmayaraq monitorinqin keçirilməsinə maneçilik törədilib. Bu da onu göstərir ki, separatçı rejimin başbilənləri hələ də köhnə hava ilə düşünür və bu qanunsuz əməllərinə sülhməramlıları da şərik edirlər. Baxmayarq ki, cari il dekabrın 3-dən etibarən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikası ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlar ilə bağlı sülhməramlı kontingentin komandanlığı ilə danışıqlar aparıblar. Ermənilərlə iş birliyinə gedən sülhməramlı kontingent rəhbərliyi çarəni qaçıb gizlənməkdə, Laçın dəhlizini bağlamaqla günahı bizim boynumuza qoymaqda gördülər.
İndiyə qədər dövlət başçımızın imzasına hörmət edən, səbrlə dözən, hər bir məsələnin həllinin danışıqlar yolu ilə olmasını istəyən vətəndaş cəmiyyəti bu həyasızlığa cavab verməli idi və verdi də. Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələrinin və ekologiya fəallarının Şuşa-Laçın yolunda həyata keçirdiyi etiraz aksiyası Azərbaycan ictimaiyyətinin haqlı narazılığı da bu vəziyyətə dinc etiraz formasıdır və burda qeyri-adi bir şey yoxdur. Lakin Ermənistan rəhbərliyi dərhal erməni xislətini həmişə olduğu kimi büruzə verdi. Böhtan və şər kampaniyası işə salındı. Laçın yolunun bağlanması, bölgədə humanitar fəlakət yaşanması, etnik təmizlənmə həyata keçirilməsi barədə iddiaları baş alıb getməyə başladı”

E. Süleymanov bildirib ki, “əslində Laçın yolu azərbaycanlı etirazçılar tərəfindən deyil, Rusiya Federasiyasının sülhməramlı kontingenti tərəfindən bağlanıb. Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri sadəcə talan edilmiş təbii sərvətlərin qanunsuz daşınmasının qarşısını almağa çalışır. Bundan istifadə edən sülhməramlı kontingentin rəhbərliyi elə görüntü yaratmağa çalışır ki guya yol bağlanıb. Halbuki yol açıqdır və humanitar xarakterli hər hansı yükün daşınmasına maneçilik törədilmir.
Ən maraqlısı odur ki, ərazidə qeyri-qanuni mədən fəaliyyəti ilə məşğul olan şirkətin rəhbəri Mkrtumyan meşələri məhv etdiklərini etiraf edib. O “aravot” qəzetinə verdiyi müsahibədə bildirib ki, “Kaşendə, yəqin ki, 3-4 hektar kolluq meşəsini kəsmişik. Drombonda isə tullantı anbarlarını da nəzərə alsaq, ümumilikdə 20-30 hektar meşəni kəsmiş olacağıq”.
Bəs bu ekoloji cinayətə bir dur deyən olmamalıdırmı? Məgər bu ermənilər göydən zənbillə düşüblər?”
Müsahibimz son olaraq qeyd edib ki, “baş verənlər bir daha sübut edir ki, 3 ölkə liderlərinin imzaladığı 10 noyabr 2020-ci il tarixli bəyanatın müddəaları Ermənistan tərəfindən yerinə yetirilmir. Bəyanatın 4-cü bəndinə zidd olaraq erməni silahlı qüvvələri hələ də Azərbaycan ərazilərindən çıxarılmayıb, 6-cı bəndinə zidd olaraq Laçın yolundan həm hərbi təxribatlar, həm də qeyri-qanuni iqtisadi fəaliyyət üçün istifadə olunur, 9-cu bəndinə zidd olaraq bölgədə bütün nəqliyyat kommunikasiya yollarının açılmasına maneçilik törədilir. Azərbaycan fəalların sülh aksiyası Qarabağda yaşayan ermənilər üçün heç bir təhdid yaratmır. Yalançı hay-həşirə də ehtiyac yoxdur. İtər ermənilər, istərsə də onların havadarları bilməlidir ki. Azərbaycan öz suveren ərazisində ekoterrora imkan verməyəcəkdir.”
Geri dön