Ana Sayfa > Özəl > Azərbaycan, Türkiyə və Türkmənistan arasında Üçtərəfli Zirvə Görüşü
Azərbaycan, Türkiyə və Türkmənistan arasında Üçtərəfli Zirvə Görüşü15-12-2022, 13:46. Yazar: sevinc1 |
Azərbaycan, Türkiyə və Türkmənistan xalqları həm etnik həm də dini-mədəni kökləri baxımından bir-biri ilə sıx bağlıdır. Həm eyni soydan gəlmələrini və etnik coğrafi baxımından da əsaslandırmaq olar. Ümumiyyətlə Azərbaycan və Türkmənistan münasibətlərinin tarixi qədim tarixə malikdir. Belə ki, azərbaycanlılar və türkmənlər eyni kökə, mədəniyyətə, qədim tarixi münasibətlərə və ənənələrə malikdirlər. Bundan başqa bu xalqları dil, din eyniliyi də birləşdirir. Orta Asiya xalqları içərisində milli mənsubiyyəti baxımından azərbaycanlılara ən yaxın olan xalqlardan biri məhz türkmənlər hesab olunur. Hər iki xalq türklərin oğuz boyundandır. Hələ 1930-cu ildə vətənpərvər şairimiz Almas İldırımda Türkmənistana sürgün edilmişdir. Almas İldırım bir müddət orda məktəb direktoru vəzifəsində çalışmışdır. Ancaq ona doğma türkmən elində də yaşamağa imkan verilməmişdir. Hər iki ölkə SSRİ-nin tərkibində müttəfiq respublika olmuşlar. Elə həmin dövrdə də onlar arasında iqtisadi və mədəni əlaqələr formalaşmışdır. Hətta SSRİ-i dağıldıqdan sonra da postsovet məkanında müstəqil dövlətlər yarandıqdan sonra bu münasibətlər daha da inkişaf etməyə başlamışdır. Azərbaycan və Türkmənistan arasında diplomatik əlaqələr 1992-ci ilin iyun ayının 9-da qurulmuşdur. 1999-cu ilin iyunun 8-də Türkmənistanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb. 2001-cı il iyunun 4-də Türkmənistan tərəfi maliyyə promlemlərini əsas gətirərək Azərbaycandakı səfirliyinin fəaliyyətinə müvəqqəti xitam verilib. 2008-ci ilin avqustunda isə Azərbaycanın Aşqabadda səfirliyi fəaliyyətə başlayıb. Saparmurat Niyazovun hakimiyyəti dövründə iki ölkə arasında münasibətlər gərgin olub. Bu məsələdə xəzərin hüququ statusunun və milli sektorların sərhədləri ilə bağlı Türkmənistanın nümayiş etdirdiyi mövqeylə bağlı xəzər regionunda narahatçılığa səbəb olmuşdur. 2022-ci il dekabrın 14-də Türkmənbaşı şəhərində Azərbaycan, Türkiyə və Türkmənistan Dövlət Başçılarının Birinci Üçtərəfli Zirvə Görüşü keçirilib. Görüşdə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev, Türkiyənin dövlət başçısı Rəcəb Tayib Ərdoğan və Türkmənistan Respublikasının prezidenti Sərdar Berdiməhəmmədov iştirak ediblər. Zirvə görüşündə 3 ölkə arasında ticarət, enerji və nəqliyyat sahəsində də əməkdaşlıq müqaviləsi imzalanıb. Azərbaycanın həm Türkmənistan həm də Türkiyə ilə siyasi və iqtisadi əlaqələri yüksək səviyyədə inkişaf edir. Keçən il Türkiyə ilə imzaladığımız "Şuşa Bəyannaməsi" münasibətlərimizi strateji müttəfiqlik səviyyəsinə çatdırmışdır. Hətta 2017-ci ildə Azərbaycan və Türkmənistan arasında strateji müttəfiqlik haqqında Bəyannamə imzalanmışdır. Hətta son zamanlar üç ölkə arasında ticarət dövriyyəsi də artmışdır. Bu ölkələrimiz arasında iqtisadi əməkdaşlığın dinamikliyindən xəbər verir. Belə ki, 2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan-Türkiyə dövriyyəsi 45 faiz artaraq 5 milyard dollara çatmışdır. Türkmənistanla isə ticarət dövriyyəsi 5 dəfə artmışdır. Hətta, Azərbaycan, Türkiyə və Türkmənistan arasında nəqliyyat-logistika sahəsində böyük uğurlara imza atmışdır. Nəqliyyat bağlantıları sahəsində əməkdaşlıq üçün yeni imkanlar açır. Hər üç ölkə bu sahəyə sərmayələr, yeni, müasir infrastrukturun inkişafında maraqlıdılar. Azərbaycan regionda önəmli tranzit ölkəsinə çevrilmişdir. Azərbaycan Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısıdır və öz ərazisində həm dəmir yolu, həm avtomobil nəqliyyatı, həm də hava nəqliyyatı ilə bağlı olan bütün əsas layihələri icra etmişdir. 2022-ci ildə tranzit daşımalarının həcmi 80 faiz artmışdır. Azərbaycan tərəfi Zəngəzur dəhlizinin icrası ilə bağlı çox işlər görmüşdür. Zəngəzur dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsində dəmir yol xəttinin 40 faizi, avtomobil yolu isə 70 faizi icra olunub. Artıq 2024-cü ildə bu layihə tamamlanacaq və nəticədə yeni nəqliyyat dəhlizi yaranacaq. Abbasova Pərvanə, Bakı Slavyan Universiteti Geri dön |