Ana Sayfa > Karusel / Gündəm > Separatçılar Xankəndində "hərbi vəziyyət" elan etdi

Separatçılar Xankəndində "hərbi vəziyyət" elan etdi


14-12-2022, 16:52. Yazar: sevinc1
Separatçılar Xankəndində "hərbi vəziyyət" elan etdi

Qarabağda qanunsuz fəaliyyət göstərən qondarma terrorçu rejim hərbi vəziyyət elan edib.

aia.az xəbər verir ki, bu barədə terrorçu qruplaşmanın lideri Arayik Arutyunyan açıqlayıb.

Məlumata görə, dekabrın 12-dən etibarən Laçın dəhlizinin bağlanması ilə əlaqədar yarana biləcək təhlükələrin qarşısının alınması məqsədilə ərazidə hərbi vəziyyət tətbiq olunub.

Sülhməramlıların müvəqqəti nəzarəti altında olan ərazilərdə ermənilər üçün sərbəst hərəkət etmək hüququ da məhdudlaşdırılır. Həmçinin qeyd olunan ərazidən çıxmaq üçün xüsusi rejim qurulur.

Bundan başqa, "təşkilat və bəzi qurumlar"ın da fəaliyyəti dayandırılır.

Bununla bağlı "operativ qərargah" yaradılır və Ruben Vardanyan onun idarə olunması üzrə rəhbər təyin edilir. (unikal)

aia.az
Geri dön