Ana Sayfa > Özəl > ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili ilə Gəncədə görüş olub

ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili ilə Gəncədə görüş olub


13-12-2022, 18:13. Yazar: sevinc1
ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili ilə Gəncədə görüş olub

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı müvəqqəti işlər vəkili Huqo Qevara ilə görüşüb.
aia.az xəbər verir ki, icra başçısı Niyazi Bayramov qonağı Gəncə şəhərində görməkdən məmnunluğunu ifadə edib. O bildirib ki, tarixi İpək yolu üzərində yerləşən Gəncə ölkənin sənaye sahəsində inkişaf etmiş şəhərlərdəndir. Tarixən elm və mədəniyyət mərkəzi hesab edilən şəhər müxtəlif illərdə bir çox beynəlxalq layihə, festival və titullara ev sahibliyi edib. Şəhər rəhbəri Gəncə ilə ABŞ arasında olan əlaqələrdən də söz açıb.
ABŞ-ın ölkəmizdəki müvəqqəti işlər vəkili səmimi qarşılanmaya görə icra başçısına təşəkkürünü bildirib, Azərbaycan-ABŞ əlaqələrinin əhəmiyyətindən danışıb. Gəncəyə ilk dəfə səfər etdiyindən və bu səfərin məqsədindən söz açan amerikalı diplomat, burada bir sıra görüşlərin keçirəcəyini diqqətə çatdırıb. Qeyd edib ki, ikigünlük səfər çərçivəsində Gəncənin Ermənistan silhalı qüvvələri tərəfindən raket hücumuna məruz qalan ərazisini ziyarət edəcək, Gəncə şəhər 28 saylı tam orta məktəbin İngilis dili sinfinin açılışına qatılacaq.
Qonaq həmçinin Gəncə şəhər Mərkəzi Kitabxana Sistemində yaradılan “Amerika güşəsi”nə, Təmas” Regional İnkişaf İctimai Birliyinin nəzdində fəaliyyət göstərən İnsan alveri və insan alverinin potensial qurbanlarına xidmət göstərən regional reabilitasiya-reinteqrasiya mərkəzini və Azərbaycan Dövlət Aqrar Universitetini ziyarət edəcəyini bildirib.

Azər Tağızadə
aia.az
Geri dön