Ana Sayfa > Özəl / Parlament > YAP Gədəbəy rayon təşkilatı Heydər Əliyevin anım günü ilə bağlı silsilə tədbirlər keçirib
YAP Gədəbəy rayon təşkilatı Heydər Əliyevin anım günü ilə bağlı silsilə tədbirlər keçirib13-12-2022, 00:06. Yazar: sevinc1 |
YAP Gədəbəy rayon təşkilatı müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin anım günü ilə bağlı silsilə tədbirlər keçirilib. Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin anım günü ilə əlaqədar rayonun bütün idarə, müəssisə və təşkilatının kollektivlərinin iştirakı ilə Gədəbəy rayonun Aşıqlar evində ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilmişdir. aia.az xəbər verir ki, tədbiri giriş sözülə başlayan YAP Gədəbəy Rayon Təşkilatının sədri Rüstəm Nağıyev tədbir iştirakçılarını salamlayıb,Ulu Öndər Heydər Əliyevin müasir Azərbaycan dövlətinin yaranması və inkişafında əvəzsiz rolundan, ölkəmizdə hüquqi, demokratik və dünyəvi dövlət quruculuğu sahəsindəki misilsiz xidmətlərindən bəhs edib.Təşkilat sədri qeyd edib ki,Azərbaycan xalqının görkəmli oğlu, müstəqil dövlət quruculuğunda gördüyü işləri ilə əbədiyaşarlıq qazanmış Ümummilli Lider Heydər Əliyev illər ötsə belə qədirbilən azərbaycanlıların qəlbində əbədi yaşayır və bundan sonra da yaşayacaq. Dahi şəxsiyyətin hələ neçə nəsillərə örnək olacaq həyatını və siyasi fəaliyyətini təbliğ etmək, Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda apardığı mübarizələri, göstərdiyi fədakarlıqları, Ulu Öndər məfkurəsini, müəllifi olduğu azərbaycançılıq ideologiyasını və siyasi irsini təbliğ etmək isə hər birimizin borcu olmalıdır. Tədbirdə çıxış edənlər Ulu Öndərimizin şərəfli ömür yolundan,Vətənimiz qarşısında tarixi xidmətlərindən danışıblar. Qeyd edilib ki,bu gün digər sahələrdə olduğu kimi, ordu quruculuğu sahəsində də Ulu Öndərin siyasi xətti Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Geri dön |