Ana Sayfa > Özəl / Seçki 2024 > Gəncə şəhərində ümummilli lider Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad edilib

Gəncə şəhərində ümummilli lider Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad edilib


12-12-2022, 17:16. Yazar: sevinc1
Gəncə şəhərində ümummilli lider Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad edilib

Gəncə şəhərində ümummilli lider Heydər Əliyevin vəfatının 19-cu ildönümü ehtiramla yad edilib.
aia.az xəbər verir ki, anım günü ilə əlaqədar Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Milli Məclisin üzvü Müşfiq Cəfərov, şəhər rəsmiləri, ictimaiyyət nümayəndələri, idarə və təşkilatların kollektivləri, tələbələr, şəhər sakinləri ulu öndər Heydər Əliyevin şəhərin baş meydanında ucaldılmış abidəsi önünə gül dəstələri düzüb, xatirəsini dərin ehtiramla anıblar.
Anım mərasimində iştirak edənlər Heydər Əliyevin Azərbaycan üçün müstəsna xidmətlərindən, müstəqilliyin qorunması, ölkənin hərtərəfli tərəqqisi uğrunda gördüyü işlərdən danışıblar. Qeyd olunub ki, Gəncə daim ümummilli liderin diqqət və qayğısını hiss edib. Tarixi şəxsiyyət olan ulu öndərimiz bütün həyatını dövlətçiliyimiz, xalqımızın bu günü və gələcəyi naminə həsr edərək güclü, sarsılmaz, qüdrətli bir dövləti – Azərbaycanı bizə bəxş edib. Ulu öndərin düşünülmüş siyasi addımları ilə qoruduğu, inkişaf etdirdiyi və qüdrətli, sarsılmaz bir dövlətə çevirdiyi müstəqil Azərbaycanı bu gün onun layiqli siyasi varisi, Prezident İlham Əliyev daha da inkişaf etdirərək möhkəmləndirməkdədir.
Qeyd edək ki, Gəncənin baş meydanında quraşdırılan böyük monitorda dünya şöhrətli siyasətçinin həyatından bəhs edən film və videoçarxlar nümayiş etdirilir.
Günboyu ulu öndər Heydər Əliyevin abidəsi önündə izdiham müşahidə olunur, hər kəs dahi rəhbərin xatirəsini ehtiramla yad edir.

Azər Tağızadə
aia.az
Geri dön