Ana Sayfa > Manşet / Siyasət > Vladimir Putin İlham Əliyevə zəng etdi
Vladimir Putin İlham Əliyevə zəng etdi12-12-2022, 14:21. Yazar: sevinc1 |
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin dekabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. aia.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. Telefon söhbəti zamanı Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci il 10 noyabr, 2021-ci il 11 yanvar və 26 noyabr, həmçinin bu il 31 oktyabr tarixli razılaşmalarının reallaşdırılmasının bəzi praktiki aspektləri, o cümlədən Cənubi Qafqazda iqtisadi və logistik əlaqələrin bərpası planları müzakirə edilib. Dövlət başçıları gələcək təmaslar barədə də fikir mübadiləsi aparıblar. aia.az Geri dön |