Ana Sayfa > Özəl / Seçki 2024 > YAP Qazax rayon təşkilatında Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib

YAP Qazax rayon təşkilatında Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib


12-12-2022, 13:20. Yazar: sevinc1
YAP Qazax rayon təşkilatında Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib

12 dekabr 2022-ci il tarixdə Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatında Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirildi.

aia.az xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider, müasir Müstəqil Azərbaycan dövlətinin banisi, Yeni Azərbaycan Partiyasının memarı Heydər Əliyevin abidəsini ziyarət edərək abidənin önünə gül dəstələri qoydular, bununla da Ulu Öndərin əziz xatirəsinə dərin hörmət və ehtiramlarını bildirdilər.
Sonra YAP Qazax rayon təşkilatının iclas zalında Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Ulu Öndərin öz səsilə illər öncə söylədiyi müdrik fikirlər səsləndirildi.
Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək Ulu Öndərimiz Heydər Əliyevin Azərbaycan xalqı qarşısında göstərdiyi misilsiz xidmətlərdən, Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının apardığı uğurlu daxili və xarici siyasətdən geniş danışdı.

YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev məruzə ilə çıxış edərək Ulu Öndərimiz Heydər Əliyevin zəngin fəaliyyətindən,  Ümummilli lider Heydər Əliyev siyasi kursunu uğurla davam etdirən Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi ilə ölkəmizin qazandığı qələbələrdən və uğurlardan ətraflı bəhs etdi.
Anım gününə həsr olunmuş tədbirdə YAP Qazax rayon təşkilatının veteranları və fəallarından Məmməd Yusifov, Bəsti Ələkbərova, Polad Ağakişiyev, Fəridə Xuduyeva, şairə Afət Eyyubova, şair Cavanşir Rüstəm, şair Kazım Kazımlı çıxış etdilər, natiqlər Ulu Öndər Heydər Əliyevə həsr etdikləri şeirlərini söylədilər. Uşaq Gənclər İnkişaf Mərkəzinin şagirdi Salatın Pirməmmədova Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş şeiri səsləndirdi.

Anım gününə həsr olunmuş tədbirini YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev yekunlaşdırdı.
Geri dön