Ana Sayfa > Özəl / Parlament > Heydər Əliyev hələ sağlığında əfsanələşən, siyasət olimpini fəth etmiş nadir şəxsiyyətlərdən, dövlət xadimlərindən biridir
Heydər Əliyev hələ sağlığında əfsanələşən, siyasət olimpini fəth etmiş nadir şəxsiyyətlərdən, dövlət xadimlərindən biridir12-12-2022, 12:16. Yazar: sevinc1 |
Zaman nə qədər sürətli olursa olsun onun başlanğıc anı mütləq tarixə yazılır. Bu mənada Ulu Öndərimizin Azərbaycanda hakimiyyət kürsüsünə qalxması ən böyük gerçəkliklərdən, danılmaz faktlardan biridir. Məhz həmin tarixdən başlayaraq Azərbaycan istər Sovet dönəmində, istərsə də müstəqilliyini əldə etdikdən sonra uğurlu bir yolun sahibinə çevrildi. Bu elə bir yoldur ki, onun həm memarı, həm müəllifi, həm də sarvanı məhz Ulu Öndərimiz Heydər Əliyev olubdur. Bu yol azadlıq və müstəqil dövlətçilik yoludur. Bu inkişafa, tərəqqiyə aparan yoldur. Bu yol milli –mənəvi dəyərlərə söykənən, dünyanya inteqrasiya yoludur. 1969-cu ildən başlayan Heydər Əliyev erası Azərbaycan üçün yeni həyatın başlanğıcı oldu. İstər kənd təsərrüfatında, istər sənayedə, istərsə də həyatın digər sahələrində qazanılan uğurların hər birində onun dəsti-xətti göründü, onun imzası, onun düşüncələri öz əksini tapdı. Həmin illərdə Azərbaycan mədəniyyətinin, elminin, ədəbiyyatının uğurları da təkcə ölkə daxilində yox, həm də dünyada qəbul olundu, alqışlarla qarşılandı. Keçən əsrin 70-ci illərinə qədər Azərbaycan Sovetlər Birliyində geridə qalmış aqrar ucqarlardan biri olan Azərbaycanın sürətli inkişafın heyrətamiz dərəcədə inqilabi bir prosesə bənzəyir. Belə ki, 1969-1982-ci illərdə o zamankı qiymətlərlə respublikada 101,5 milyard manatlıq məhsul istehsal olunmuşdur ki, bu da əvvəlki əlli ildə istehsal olunan məhsulun həcminə bərabərdir. Azərbaycan rəhbərinin böyük təşkilatçılıq qabiliyyəti zamanı on illərlə qabaqlamış, respublikanın həyatını on illərlə qabağa aparmışdır. Ulu Öndər qısa müddətdə respublika iqtisadiyyatında ciddi keyfiyyət dəyişikliklərinə nail olmaqla Azərbaycanı xammal istehsalçısından qabaqcıl, müasir texnika və texnologiya ilə təchiz olunmuş sənaye bazasına çevirə bilmişdi. Müstəqilliyin ilk illərində ölkənin məruz qaldığı hərbi təcavüz, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ağır nəticələri, habelə ölkə daxilində vətəndaş müharibəsinin reallığa çevrildiyi bir şəraitdə xalqımızın yeganə ümidi dəmir iradəyə, yüksək idarəçilik keyfiyyətlərinə, geniş siyasi dünyagörüşünə malik xarizmatik lider olan Heydər Əliyevlə bağlı olmuşdur. Məhz belə mürəkkəb bir vəziyyətdə, siyasi anarxiyanın, xaosun hökm sürdüyü, digər tərəfdən erməni işğalının davam etdiyi bir şəraitdə-1993-cü ilin yayında Ulu Öndər xalqın çağırışı ilə respublika rəhbərliyinə qayıtdı. Xalqımızı və dövlətimizi böyük təhlükələrdən xilas etmək, müstəqil Azərbaycan dövlətini qurmaq missiyasını “ömrümün qalan hissəsini də xalqıma bağışlayıram”. söyləməklə başlayan Heydər Əliyev nadir və iti dövlətçilik zəkası, cəsarəti və sarsılmaz iradəsi ilə Azərbaycanda keçmiş Sovetlər Birliyindən miras qalmış rejimlə daban-dabana zidd olan demokratik-hüquqi dövlət yaratmağı bacardı”. Azərbaycan dövlətinin strateji yolu yalnız demokratiya, sərbəst iqtisadiyyat prinsiplərinin bərqərar olması, bazar iqtisadiyyatı və sahibkarlığın inkişafıdır” - deyən Heydər Əliyev demokratik düşüncə və həyat tərzinin bütün dünyada diktə etdiyi bu meyarlara hər zaman sadiqlik göstərmiş, milli inkişaf naminə bu yolun alternativsizliyi fikrinin ictimai rəyə aşılanmasına nail olmuşdur. Ulu öndərin rəhbərliyi altında hazırlanaraq 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının Konstitusiyası dövlətimizin tarixində hakimiyyət bölgüsü prinsipini, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun hüquqi əsaslarını, insan hüquq və azadlıqlarının qeyd-şərtsiz təmin olunmasının bünövrəsini qoymuşdur. Məhz, bu böyük şəxsiyyətin gərgin əməyi, apardığı danışıqlar nəticəsində “Əsrin müqaviləsi” adlandırılan nəhəng saziş imzalandı. “Əsrin müqaviləsi” 1994-cü ilin sentyabr ayının 20-də Azərbaycanın Dövlət Neft Şirkəti ilə 6 ölkənin 10 şirkəti arasında bağlanmışdır. “Əsrin müqaviləsi” həm karbohidrogen ehtiyatlarının miqdarına, həm də qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri sazişlər siyahısına daxil olmuşdur. “Əsrin müqaviləsi” Azərbaycanın dünya iqtisadi sistemindəki yerini müəyyənləşdirmişdir. Həmin müqavilə daha sonra 19 ölkənin 41 neft şirkəti ilə 26 müqavilənin imzalanmasına yol açmışdır. Ulu Öndər Heydər Əliyev demişdi: “Əsrin müqaviləsi ilə qoyduğumuz təməl XXI əsrdə Azərbaycan xalqının inkişafı, firavan həyatı, müstəqil Azərbaycan dövlətinin suverenliyinin daha da möhkəmlənməsi üçün gözəl imkanlar yaradır və inanıram ki, XXI əsr müstəqil Azərbaycan dövləti üçün ən xoşbəxt dövr olacaqdır”. Müasir Azərbaycan dövlət müstəqilliyinin bərpasına 1991-ci ildə nail olsa da, vahid komandanlığa əsaslanan nizami və mütəşəkkil, ən əsası müstəqilliyimizə və dövlətçiliyimizə qarşı yarana biləcək hər hansı təhdidin qarşısını almağa qadir ordunun yaradılması ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra mümkün oldu. Bu mənada fəxrlə deyə bilərik ki, Ümummilli Liderin rəhbərliyi ilə dövlətçilik ənənələrimizə söykənərək 1993-cü ildən ölkəmizdə həyata keçirilən dövlət quruculuğunun ən şərəfli və parlaq səhifələrindən biri bu gün artan və qüdrətlənən gücü ilə qürurlandığımız 100 yaşlı Azərbaycan Ordusudur. Bu gün həyatın elə bir sahəsi yoxdur ki orada Ulu Öndərin izi olmasın. Heydər Əliyevin əməli və nəzəri fəaliyyətinin mühüm bir hissəsini onun milli dövlətçilik təlimi, milli-mənəvi və ideya-siyasi dünyagörüşü təşkil edir. Onun bu sahə üzrə toplanmış zəngin irsi təkcə bugünkü ictimai-siyasi dairələr üçün deyil, həm də gələcək nəsillər, Azərbaycana rəhbərlik etmək istəyən bütün liderlər üçün örnək olmağa layiqdir. Müasir Azərbaycanın möhkəm özülünü qoymuş bu tarixi şəxsiyyətin ideya dünyası onun davamçılarının yoluna həmişə işıq salacaq. Məsələləri əhəmiyyətinə görə ardıcıllıqla düzmək qabiliyyəti və mahir diplomat olması onu dünyanın ən məşhur siyasətçiləri ilə bir sıraya qoyur. Heydər Əliyev sanki əzəldən böyük siyasət üçün yaranmış, təkcə bir ölkə miqyasında deyil, dünya əhəmiyyətli məsələlərin həllində qətiyyətlə sözünü deyə bilən nadir siyasətçi idi. Onun bu sahədəki fitri istedadı və fövqəladə qabiliyyəti siyasət aləminə qədəm qoyduğu ilk günlərdən dövlət və dövlətçilik məsələləri ilə bağlı baxışlarında da özünü büruzə vermişdir. Ulu Öndərin 1 oktyabr 2003-cü ildə xalqa müraciətində “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” deməsi və İlham Əliyevə inamla etimad göstərməsi siyasi varisini seçmiş oldu. Tarix də sübut etdi ki, dahi siyasətçi İlham Əliyevə inanmaqla, etimad etməklə xalqını sevən, onun gələcək taleyinə biganə qala bilməyən əsl Lider imiş. Xalqını, dövlətini sevən Lider məhz belə addım atmalı idi. O çətin dövrlərdə sinəsini çətinliklərə sipər edərək Azərbaycanı bütün bəlalardan qorudu və özünün ikinci dəfə yaratdığı, demək olar ki, yenidən qurduğu ölkəni taleyin ümidinə buraxmaq istəmədi. Və bu gün Müzəffər Ordunun Ali baş Komandanı olan, doğma Azərbaycanı qələbədən qələbəyə aparan, dünya siyasi arenasında öz qətiyyəti, xarizması və sözünün çəkisi olan bir Prezident kimi tanınan İlham Əliyev Ulu Öndərin layiqli davamçısı olmaqla yanaşı o böyük şəxsiyyətin bir daha uzaqgörəniyinin və müdrikliyinin simvolu kimi ürəklərdə dərin bir məhəbbət qazanmışdır. Biz Heydər Əliyevlə başlayan yolun uğurlarını Azərbaycan Prezidenti İlham Əliyev cənablarının rəhbərliyi altında hər gün yaşamqda və duymaqdayıq. Çünki siyasi kurs və iradə davamlı olaraq həyata keçirilməkdə, yaşadılmaqdadı. Elə təkcə son günlərdə ölkə həyatında baş verənlər, ölkəmizə xarici dövlət başçılarının ardıcl səfərləri dediklərimizi bir daha sübut edir. Həyat göstərir ki, qurucusu Heydər Əliyev olan bir dövlətin sükanı etibarlı əllərdədi. Və bu dövlət öz ənənəsinə, öz yaradıcısının prinsiplərinə sadiqdir. İlqar Kərimov, YAP Tovuz rayon təşkilanın sədr müavini aia.az Geri dön |