Ana Sayfa > Özəl > “Uğurlu karyera düzgün seçimlə başlayar” mövzusunda seminar keçirilib
“Uğurlu karyera düzgün seçimlə başlayar” mövzusunda seminar keçirilib7-12-2022, 20:30. Yazar: sevinc1 |
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi, “Könüllülük Fəaliyyətinin Təbliği Gənclər” ictimai birliyinin təşkilatçılığı ilə “Uğurlu karyera düzgün seçimlə başlayar” layihəsi çərçivəsində tədbirlərin icrasına start verilib. Layihə çərçivəsində ikinci tədbir 07 dekabr 2022-ci il tarixində “Çinar” tələbə yataqxanasının konfrans salonunda həyata keçirilmişdir. Tədbirdə ilk öncə layihə çərçivəsində hazırlanmış “Karyera planlaması” kitabının təqdimatı həyata keçirilmiş, daha sonra isə tədbir iştirakçılarına seminar verilmişdir. Tədbirlərdə açılış çıxışı edən “Könüllülük Fəaliyyətinin Təbliği Gənclər” ictimai birliyinin idarə heyyətinin üzvü Ələddin Əzizov layihənin məqsədi vəhədəfləri haqqında danışaraq qeyd etdi ki, bu layihədə əsas məqsədimiz yeniyetmə və gənclərə peşə, ixtisas, karyera planlaması mövzusunda ətraflı məlumat verərək peşə və ixtisas seçimi edərkən şüurlu və məqsədyönlü davranmalarına dəstək olmaqdır. Təlimçi Samir Həmzəyev çıxış edərək uğurlu gələcəyin təminatı olan düzgün peşə və ixtisas seçiminin əhəmiyyətindən danışdı. Bunun üçün yeniyetmə və gənclərə erkən yaşdan etibarən düzgün istiqamət verilməsinin zəruriliyini vurğuladı. Peşə və ixtisas seçimi edərkən özünü tanımanın, araşdırmanın, məqsədlər təyin etmənin və əzimlə işə başlamanın əhəmiyyətindən danışdı. Əmək bazarının tələblərini diqqətə alaraq peşə seçimi etməyin önəmindən bəhsetdi. Tədbirin sonunda iştirakçıları maraqlandıran suallara ətraflı cavaplar verildi. Hər bir iştirakçıya layihə çərçivəsində hazırlanmış “Karyera planlaması” kitabı, buklet və sertifikat verildi. aia.az Geri dön |