Ana Sayfa > Cəmiyyət > Əfsanəvi kazinonu partlatdılar - VİDEO

Əfsanəvi kazinonu partlatdılar - VİDEO


16-06-2016, 14:50. Yazar: admin


ABŞ-ın Las-Veqas şəhərinin (Nevada ştatı) hakimiyyəti “Monaco Tower” binasını partladıb.


Aia.az xarici mediaya istinadən xəbər verir ki, binada əfsanəvi “Riviera” otel-kazino yerləşirdi.

1955-ci ildə tikilən otel onilliklər boyu şəhərin ən təmtəraqlı tikililərindən biri idi. Amma daha komfort otellərin açılması “Riviera”nın tənəzzülünə gətirib çıxarıb. Şəhər rəhbərliyi 2015-ci də onun sökülməsi barədə qərar verib.

Onun yerində Las-Veqasın konfrans mərkəzlərindən biri tikiləcək.


Geri dön