Ana Sayfa > Seçki 2024 > Ulu Öndərin müdrik siyasəti nəticəsində Azərbaycan, sözün əsl mənasında, müstəqil dövlətə çevrilmişdir

Ulu Öndərin müdrik siyasəti nəticəsində Azərbaycan, sözün əsl mənasında, müstəqil dövlətə çevrilmişdir


10-12-2022, 16:29. Yazar: sevinc1
Ulu Öndərin müdrik siyasəti nəticəsində Azərbaycan, sözün əsl mənasında, müstəqil dövlətə çevrilmişdir

Cəsarətlə deyə bilərik ki, Heydər Əliyev təkcə Azərbaycan xalqının deyil, bütövlükdə türk dünyasının təəssübünü çəkən milli lider idi. Azərbaycanın bütün dünyaya açıq elan edilməsi və bir çox bu kimi addımlar öncə Heydər Əliyevə, sonra isə ölkəmizə çox böyük nüfuz qazandırırdı.

Heydər Əliyev heç bir çərçivəyə sığmayan, öz xalqının, vətəninin xoşbəxtliyi və azadlığı naminə canından belə keçməyə hazır olan fədakar insan idi. Heydər Əliyev Azərbaycan tarixinin tək-tək dahilərinə, böyük dövlət xadimlərinə nəsib olan əvəzsiz işlər görmüş, doğma Azərbaycanımız naminə misilsiz fəaliyyət göstərmişdir. Tarix bu şəxsiyyəti işini, əməllərini, özü-öz səhifəsinə yazaraq yetişən nəsillərə məğrurluqla çatdıracaqdır.

Məhz H.Əliyev saniyə və dəqiqəsini hədər verməyən, uzun illəri öncədən görüb dərk edən əvəzsiz tarixi şəxsiyyət idi. O, milli tariximizdə özünə xas yer tutan nadir simalardan idi. XX əsrin sonunda və yeni minilliyin əvvəllərində xalqımızın əldə etdiyi nailiyyətlər məhz bu görkəmli dövlət xadiminin şərəfli adı ilə bağlıdır.

Ümummilli liderimizin həyat fəlsəfəsi onun müstəqil dövlətçilik və Azərbaycançılıq məfkurəsinin dərindən öyrənilməsi, geniş təbliğ olunması və inkişaf etdirilməsi məsələlərindəndir. Belə ki, H. Əliyev dühası bütöv Azərbaycanı işıqlandırırdı. Milli özünüdərkin ən yüksək siyasi ifadəsi olan müstəqil dövlət ideyası ən yeni tariximizdə məhz Heydər Əliyevə məxsus idi. O, Azərbaycan deyilən bir zirvənin məğrur qartalı idi.
Heydər Əliyev ikinci dəfə Azərbaycana respublikamız müstəqillik qazandıqdan sonra - 1993-2003-cü illərdə rəhbərlik etmişdir. Böyük öndər 1993-cü ilin iyun ayında ikinci dəfə Azərbaycanın ali rəhbərliyinə qayıdanda ölkəmizdə çox ağır vəziyyət hökm sürürdü. Ayrı-ayrı qüvvələr, nadan siyasətçilər Azərbaycanı vətəndaş qarşıdurmasının astanasına gətirib çıxarmışdılar, müstəqilliyimizin əldən getməsi, ölkənin parçalanması təhlükəsi yaranmışdı. Belə ağır vəziyyətdə xalq öz böyük oğlu Heydər Əliyevi Azərbaycana rəhbərliyə dəvət etdi. Xalqının səsinə səs verən və xalqına arxalanan Heydər Əliyev özünəməxsus müdrikliklə xaosun qarşısını aldı, Azərbaycanı ahəngdar inkişaf relslərinin üstünə çıxartdı.

Buna görə də Heydər Əliyevin adı tarixə digər böyük xidmətləri ilə yanaşı, ilk növbədə müstəqil Azərbaycanın qurucusu kimi daxil olmuşdur. Onun rəhbərliyi altında keçən illər respublikamız üçün sabitliyin möhkəmlənməsi, iqtisadi çiçəklənmə, nüfuzlu beynəlxalq təşkilatlarla, dünya dövlətləri ilə sıx əməkdaşlıq qurulması, əhalinin rifah halının yaxşılaşması illəri olmuşdur.

Aytac Ağauquliyeva,
Nəsimi rayon sakini
Geri dön