Ana Sayfa > Seçki 2024 > Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan 1970-80-ci illərin əvvəllərində sovet məkanında ən geridə qalmış respublikadan ən qabaqcıl republikaların birinə çevrilmişdir

Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan 1970-80-ci illərin əvvəllərində sovet məkanında ən geridə qalmış respublikadan ən qabaqcıl republikaların birinə çevrilmişdir


10-12-2022, 16:22. Yazar: sevinc1
Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan 1970-80-ci illərin  əvvəllərində sovet məkanında ən geridə qalmış respublikadan ən qabaqcıl republikaların birinə çevrilmişdir

1969-cu ilin iyul ayı Azərbaycanın müasir tarixinin dönüş nöqtəsi kimi qiymətləndirilir. XX əsrin 60-cı illərinin sonunda respublika iqtisadiyyatının, xüsusilə kənd təsərrüfatının zəif inkişafı, iqtisadi çətinliklərin artması Azərbaycan KP MK-nın birinci katibi vəzifəsinə Heydər Əliyev seçildi.
Ulu öndər Heydər Əliyev 1960-cı illərində Azərbaycandakı vəziyyəti belə xarakterizə etmişdi: “60-cı illərdə respublika iqtisadiyyatı bütövlükdə dərin və uzunmüddətli böhran mərhələsinə qədəm qoymuşdu. Yaranmış ağır vəziyyətdən çıxış yolu tapılmalı, iqtisadiyyatın inkişafı üçün prinsipial cəhətdən yeni konseptual yanaşma yolları işlənib hazırlanmalı, xalq təsərrüfatında köklü struktur dəyişiklikləri aparılmalı, təsərrüfatçılıq və iqtisadi həvəsləndirmə işində təzə metodlar tətbiq edilməli idi.”
Bu zaman respublikada ictimai-siyasi və sosial-iqtisadi vəziyyət kifayət qədər mürəkkəb idi. İqtisadiyyatın bütün sahələri zəif inkişaf edirdi və xalq təsərrüfatının əsas sahələri üzrə göstəricilər xeyli aşağı idi. Heydər əliyev öz fəaliyyətinə idarəetmə orqanlarında ciddi kadr dəyişiklikləri ilə başladı. Bütün strukturlarda qanunu pozan, nüfuzunu itirən və işinin öhdəsindən gələ bilməyən kadrlar yeniləri ilə əvəz olundu. Yeni işgüzar şəxslərin dövlət və hökumət orqanlarında məsul vəzifələrə təyin edilməsi, bütövlükdə hakimiyyətin nüfuzunun yüksəlməsinə səbəb oldu. Respublikada mənəvi-psixoloji mühitin sağlamlaşdı-rılması, əmək intizamının möhkəmləndirilməsi istiqamətində qətiyyətli addımlar atıldı, rüşvətxorluğa və korrupsiyaya qarşı sərt mübarizə başlandı. Dağlıq Qarabağda azərbaycanlıların yaşadığı kənd və rayonların acınacaqlı sosial-iqtisadi vəziyyəti ilə tanış olan Heydər Əliyev, xüsusilə Şuşa şəhərinin inkişaf etdirilməsi ilə bağlı bir sıra mühüm tədbirlər həyata keçirdi. Onun Azərbaycan xalqı qarşısında çox böyük xidməti 1978-ci ildə Azərbaycan SSR-in yeni konstutusiyası qəbul edildiyi zaman bu sənədə Azərbaycan dilinin dövlət dili olması haqqında ayrıca 73-cü maddənin daxil edilməsi oldu.
Heydər Əliyev fəhlə, kəndli və ziyalıların nümayəndələri ilə bütün görüşlərində onların şikayətlərini səbrlə dinləyir, qaldırılan problemlərin qısa müddət ərzində həll edilməsinə nail olurdu. Əhalinin getdikcə artan tələblərinin ödənilməsində ciddi prblemlərin olduğu bir şəraitdə mənzil, minik avtomabili və digər aztapılan malların ədalətlə bölüşdürülməsi prinsipinə ciddi əməl olunmasına şəxsən nəzarət edirdi.
Heydər Əliyev 1969-1982-ci illərdə respublika rəhbəri olarkən 250-dən çox fabrik, zavod işə salındı. Onların içərisində ən əhəmiyyətlisi 1975-ci ildə Bakıda tikilən Sovet İttifaqında ən böyük Məişət Kondisionerləri zavodu idi. Bu illərdə respublikamızın neft-maşınqayırma sənayesi əsaslı şəkildə yenidən quruldu. Azərbaycan rəhbərliyi bu məqsədlə mərkəzi hökumətin böyük məbləğdə vəsait ayırmasına nail oldu. Nəticədə Azərbaycan İttifaq miqyasında neft çıxarılmasında öz əvvəlki mövqeyini itirsə də, neft maşınqayırma sahəsində üstün mövqeyini daha da möhkəmləndirdi.
Respublikda kənd təsərrüfatının bütün sahələrinin inkişafına diqqət artırıldı. Xüsusən, yüksək gəlir verən pambıqçılıq, üzümçülük, tütünçülük və tərəvəzçiliyin inkişafında böyük uğurlar qazanıldı. Kənd təsərrüfatının texniki təchizatı yaxşılaş-dı.
70-ci illərdə nəqliyyatın inkişafı da diqqət mərkəzində olmuşdu. Bakı –Böyük Kəsik və Bakı – Yalama dəmir yolu xətləri elektirikləşdirildi. Bu da dəmir yolu ilə yükdaşımaların həcmini artırmağa imkan verdi. 1979-cu ildə Ağdam –Xankəndi dəmir yolunun çəkilməsi başa çatdırıldı. Bununla Dağlıq Qarabağ regionunu respublikanın digər bölgələri ilə daha sıx şəkildə bağlamaq mümkün oldu.
1970-ci illərdə əhalinin yaşayış səviyyəsini yüksəltmək üçün ciddi addımlar atıldı. Çoxlu sayda fabrik və zavodların, yeni istehsal sahələrinin işə salınması minlərlə insanı işlə təmin etməyə imkan verdi.
1971-ci ildə Kürdən Bakıya su kəməri çəkilməsi başa çatdırıldı.
Azərbaycan rəhbəri Heydər Əliyev 1976-cı ildə Sov.İKP MK Siyasi Bürosu üzvlüyünə namizəd, 1982-ci ildə isə Siyasi Büronun üzvü seçildi, ardınca Sovet hökuməti rəhbərliyinə - SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə irəli çəkildi. Sovet İttifaqının rəhbərliyində olduğu dövrdə də Heydər Əliyev bu yüksək vəzifədən Azərbaycan xalqının mənafeyi üçün, respublikanın inkişaf etdirilməsi üçün istifadə etdi.

Vüsal Şirəliyev,
Bakı şəhəri Nəsimi rayonu 159 saylı tam orta məktəbin Tarix müəllimi

Geri dön