Ana Sayfa > Dünya > Anasını belə xilas etdi

Anasını belə xilas etdi


9-12-2022, 17:34. Yazar: admen
Anasını belə xilas etdi

Hindistanın Kalaberaji əyalətinin Karnataka rayonunda bir oğlanın ildırım sürəti ilə reaksiya verməsi ona dəmiryolunu keçən anasını qatarın təkərləri altında ölümdən xilas etməyə imkan verib.

Milli.Az bildirir ki, hadisənin videosu "India Today"in diqqətini çəkib.

Videoda ana və oğlunun dəmiryol vağzalında qatar gözlədiyi an çəkilib. Qadın platformadan enib və başqa platformaya qısa yol seçmək üçün dəmir yolu relslərini keçməyə çalışıb. O, relslərdən keçərkən, oğlan onlara yaxınlaşan bir yük qatarının olduğunu görüb. Təhlükəni anlayan o, anasını tutub və onu çömbəlməyə məcbur edib. Gəncin ildırım sürəti ilə reaksiyası sayəsində o, anası ilə birlikdə yoldan keçən qatarı heç bir xəsarət almadan gözləməyi bacarıb.


Bu paylaşım Hindistan sosial şəbəkəsində sürətlə yayılıb.
Geri dön