Ana Sayfa > Dünya > Almaniyada eko-aktivistlər özlərini uçuş-enmə zolağına yapışdırdılar

Almaniyada eko-aktivistlər özlərini uçuş-enmə zolağına yapışdırdılar


9-12-2022, 17:05. Yazar: admen
Almaniyada eko-aktivistlər özlərini uçuş-enmə zolağına yapışdırdılar

"Letzte Generation" ("Son Nəsil") hərəkatının eko-aktivisləri Münhen (Almaniya) hava limanında aksiya keçiriblər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, onlar zolağın üzərində əyləşərək, əllərini yerə yapışdırıblar. Nəticədə aeroport müvəqqəti bağlanmalı olub.

Polis artıq onları saxlayıb.

Bundan əlavə, nümayişçilər Berlin hava limanının da işini pozmağa cəhd ediblər, lakin hüquq-mühafizə orqanları uçuş-enmə zolağının bağlanmasının qarşısını alıblar. Berlin Federal Polisinin bildirdiyinə görə, bu, uçuşlara təsir etməyib.
Geri dön