Ana Sayfa > İqtisadiyyat > Əmək müqavilələrinin sayında ciddi artım baş verib -
Əmək müqavilələrinin sayında ciddi artım baş verib -9-12-2022, 16:36. Yazar: sevinc1 |
Üç ildən çox müddətdə həyata keçirilən təşviq əsaslı vergi siyasəti əmək bazarında əhəmiyyətli dəyişikliklərə səbəb olub. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən aia.az-a bildirilib ki, iş yerlərinin rəsmiləşdirilməsi, əmək haqqı fondunun “ağardılma”sı və şəffaflılığın təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər nəticəsində bağlanmış əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 339 553 vahid artıb və bu il dekabrın 1-də 1 741 468 olub. Qeyri-neft sektorunun özəl bölməsində həmin göstərici 287 572 vahid artaraq 827 494 təşkil edib. aia.az Geri dön |