Ana Sayfa > Qərbi Azərbaycan > Həkimlər bədəndəki müəmmalı göyərmələrin sirrini tapıblar

Həkimlər bədəndəki müəmmalı göyərmələrin sirrini tapıblar


9-12-2022, 16:24. Yazar: admen
Həkimlər bədəndəki müəmmalı göyərmələrin sirrini tapıblar

Bir çox insan əzik və zədələr olmadığı halda bədənlərinin müxtəlif hissələrində müəammalı göyərmələrlə qarşılaşırlar.

Sən demə, göyərmələrin əmələ gəlməsi konkret amillərlə bağlıdır. Həkimlər qənaətincə, bu cür qançırların səbəbini insanların qida vərdişlərində axtarmaq lazımdır.

Səbəblər arasında, həmçinin orqanizmin bəzi vitaminlər almaması, qocalıq, qəbul edilən dərmanlar, habelə bir sıra nadir xəstəliklər var. Belə ki, orqanizmdə C və D vitaminlərinin çatışmazlığı öz növbəsində balansdırılmamış qidalanma ilə əlaqədardır.

İnsan yaşlananda kapilyar qan damarlarını əhatə edən toxumalar və dəri incələşir və elastikliyini itirir. Buna görə də onlar kapilyarları zədələrdən az dərəcədə qoruyurlar və göyərmələrin əmələ gəlmə ehtimalı artır.
Geri dön