Ana Sayfa > Özəl > «QARDAŞ YUMRUĞU» TÜRKİYƏ –AZƏRBAYCAN BİRGƏ HƏRBİ TƏLİMLƏRİ

«QARDAŞ YUMRUĞU» TÜRKİYƏ –AZƏRBAYCAN BİRGƏ HƏRBİ TƏLİMLƏRİ


9-12-2022, 10:04. Yazar: sevinc1
«QARDAŞ YUMRUĞU» TÜRKİYƏ –AZƏRBAYCAN BİRGƏ HƏRBİ TƏLİMLƏRİ

Azərbaycan- Türkiyə hərbi birləşmələri növbəti dəfə birgə təlimlərə başlayıb. Təlimin kod adı  «Qardaş yumruğu»dur və Bakıda, eyni zamanda, İranla sərhəddə yerləşən Astara, Cəbrayıl, İmişli rayonlarında keçirilir. Təlimdə çay üzərindən panton körpülərin atılması, düşmən hücumundan müdafiə və hücum məşqləri icra edilir. Qardaş Türkiyə ilə ilk dəfə keçirilən belə genişmiqyaslı hərbi təlimi izləmək üçün  müdafiə naziri Hulusi Akar və Baş Qərargah rəisi Yaşar Gülər də ölkəmizə gəliblər.
Təbii ki, Şuşa Bəyannaməsi və digər hərbi sazişlərə uyğun olaraq keçirilən bu qardaşlıq və həmrəylik təlimləri İrana və Azərbaycanı təhdid edən digər ölkələrə bir mesajdır. Bu, eyni zamanda, Qarabağdakı  Rusiya sülhməramlılarına və onların arxasında gizlənən erməni separatçı və terrorçu dəstələrinə barmaq silkələnməsidir.
Türkiyə-Azərbaycan birgə hərbi təlimlərini  NATO- nun dəstəkləməsi faktı da mövcuddur. Çünki dünya mətbuatındakı informasiyalara görə, ABŞ bu təlimlərə dəstək verməklə İranın son günlər Azərbaycana qarşı  təhdidlərinə qarşı çıxdığını göstərir. Bu da bir önəmli faktdır ki, Azərbaycan Müdafiə Nazirliyinin Baş Qərargah rəisi Kərim Vəliyev bir neçə gün əvvəl ABŞ-a səfər edərək Pentaqonda mühüm görüşlər keçirib. Bu, bir daha göstərir ki, ABŞ bölgədə  İranla geniş əlaqələr quran Ermənistana deyil,  Azərbaycana daha çox güvənir.
Türkiyə və Azərbaycan hərbi strukturlarının əməkdaşlığının 1994-cü ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü və fəaliyyəti sayəsində Türkiyə ilə imzalanan strateji tərəfdaşlığa dair əməkdaşlıq müqaviləsi əsasında formalaşıb.
 baza sənədi həmin müqavilə götürülərək bu ölkələrin hərbi strukturları arasında əsaslı, fundamental əməkdaşlıq formatı inkişaf etməyə başlayıb: “İnkişafın növbəti mərhələsi kimi 1997-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərkibində Azərbaycanın sülhməramlı bölüyünün yaradılması, 1999-cu ildə həmin bölüyün əvvəlcə Kosovo, İraq, nəhayət Əfqanıstanda missiyada iştirak etməsini göstərmək olar. Sonrakı dövrlərdə, xüsusən 2000-ci ilin əvvəllərindən başlayaraq Azərbaycan Ordusu Türkiyə ilə yalnız müdavim, kursant mübadiləsi deyil, həmçinin xüsusi təyinatlı bölmələrin təlimlərinin hazırlanıb keçirilməsi, bütün qoşun növlərinin formalaşdırılması istiqamətində bir sıra məsələlərdə əməkdaşlıq həyata keçiriblər. Ötən dövrdə bu əməkdaşlıq daha da inkişaf etməyə başlayıb, nəhayət, 2014-cü ildən başlayaraq isə birgə təlimlərin sayı artaraq genişmiqyaslı və digər qoşun növləri üzrə təlimlər həyata keçirilməyə başlayıb. Bunların arasında ən yaddaqalanlardan biri olan “TurAz Qartalı-2022” təliminin adını çəkə bilərəm. Ümumiyyətlə, reallaşan bu təlimlər iki ordu arasında əməkdaşlığın və həmçinin inteqrasiyanın formalaşmasına gətirib çıxarıb. Hər iki ordu təcrübə mübadiləsi həyata keçirib, birgə əməliyyatlarda fəaliyyət göstərmək istiqamətində bacarıqlarını təkmilləşdiriblər. 2020-ci ildə də Türkiyənin mənəvi cəhətdən Azərbaycan Ordusunu dəstəkləməsi, ardınca Şuşa Bəyannaməsinin imzalanması artıq iki ölkə arasında hərbi kontekstdə əlaqələrin daha da dərinləşməsinə səbəb olub”.
Təlim Türkiyədə bir neçə yüz minlik tirajı olan qəzetlərin manşet mövzusu olub. Aparıcı televiziya şirkətləri, internet portalları da bu mövzu ətrafında materiallar təqdim ediblər.
"Hürriyet" qəzeti "İki dövlət, tək təlim"  adlı xəbəri manşetdən təqdim edib. Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın təlimlə bağlı fikirlərinin yer aldığı xəbərdə bildirilir ki,  bütün bunlar Azərbaycan-Türkiyə birliyinin sarsılmaz, əbədi olduğunu göstərir. Qeyd olunub ki, dünyada təhdid və təhlükələrin artdığı bir zamanda ölkələrimizin və millətimizin təhlükəsizliyini yalnız güclü orduya sahib olmaqla təmin etmək mümkündür. Birgə təlimlər də qarşılıqlı təcrübə mübadiləsi və peşəkarlığın artırılmasında mühüm əhəmiyyətə malikdir. 
"Sabah" qəzeti "Dostlara güc, düşmənlərə qorxu verdiniz"  başlıqlı məqaləsində yazıb ki, təlimlərdə verilən mesajlar iki ölkə arasında qardaşlığın sarsılmaz və əbədi olduğunu növbəti dəfə sübut etdi. Azərbaycanla Türkiyənin bundan sonra da daim bir-birinin yanında olacağı növbəti dəfə göstərildi: "Dostumuzu birlikdə dost, düşmənimizi də birlikdə düşmən görürük".
"Akşam" qəzetinin "Düşmənə qardaş yumruğu" başlıqlı xəbərində bildirilib ki, soyuq və qarlı havada keçirilən "Qardaş yumruğu" təlimində Türkiyə və Azərbaycan Ordusunun hərbçiləri tərəfindən hədəflər dəqiqliklə vurulub. Türkiyənin və Azərbaycanın müdafiə nazirləri hədəflərə atılan atəşləri diqqətlə izləyiblər. Vurğulanıb ki, Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı, strateji tərəfdaşlığı bundan sonra da inkişaf edəcək və möhkəmlənəcək.

Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
Heydər Əliyev məktəbinin davamçıları Feysbuk qrupunun yaradıcısı,
YAP-ın fəal üzvü
aia.az
Geri dön