Ana Sayfa > İdman > Kriştianu Ronaldu yeni dünya rekordu müəyyənləşdirib
Kriştianu Ronaldu yeni dünya rekordu müəyyənləşdirib8-12-2022, 14:44. Yazar: admen |
Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu yeni dünya rekorduna imza atıb. Milli.Az "report"a istinadən bildirir ki, 37 yaşlı hücumçu 400 beynəlxalq matça çıxan ilk oyunçu kimi tarixə düşüb. Qətərdə baş tutan dünya çempionatının 1/8 final mərhələsində İsveçrə ilə görüş (6:1) onun beynəlxalq arenada 400-cü qarşılaşması olub. Ronaldu bunun 195-ni millidə, 205-ni isə klubların heyətində avrokuboklarda keçirib. Ulduz futbolçu Çempionlar Liqasında 187, Avropa Liqasında və klublararası dünya çempionatının hərəsində 8, UEFA Superkubokunda isə 2 görüşdə iştirak edib. Ümumilikdə 9 futbolçu 300-dən çox beynəlxalq oyun iştirakçısı olub ki, onlardan 5-i hazırda karyerasını davam etdirir. Futbolçu Millisi Oynadığı dönəm Klubda Millidə Total 1 Kriştianu Ronaldu Portuqaliya 2002- 205 195 400 2 İker Kasilyas İspaniya 1999-2019 193 167 360 3 Canluici Buffon İtaliya 1995- 167 176 343 4 Lionel Messi Argentina 2004- 170 169 339 5 Serxio Ramos İspaniya 2004- 151 180 331 6 Xavi İspaniya 1998-2019 195 133 328 7 Luka Modriç Xorvatiya 2003- 147 159 306 8 Xavyer Zanetti Argentina 1992-2014 162 143 305 9 Paolo Maldini İtaliya 1985-2009 175 126 301 Geri dön |