Ana Sayfa > İdman > Mahir Emreli “Dinamo”ya nə vaxt qoşulacaq?

Mahir Emreli “Dinamo”ya nə vaxt qoşulacaq?


8-12-2022, 11:40. Yazar: admen
Mahir Emreli “Dinamo”ya nə vaxt qoşulacaq?

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin Xorvatiyanın "Dinamo" (Zaqreb) komandasının düşərgəsinə qayıdacağı tarix bəlli olub.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, 25 yaşlı hücumçu dekabrın 19-da Zaqreb təmsilçisinə qoşulacaq.

Bu barədə Xorvatiya mətbuatı məlumat yayıb. Xəbərdə bildirilir ki, komandanın baş məşqçisi Ante Çaçiç ötən ay yığmanın Moldova və Şimali Makedoniya millilərinə qarşı yoldaşlıq matçlarında iştirak etmiş forvarda əlavə istirahət verib.

Xatırladaq ki, Mahir Emreli bu ilin fevral ayından "Dinamo"da çıxış edir.
Geri dön