Ana Sayfa > Özəl / Karusel > Rusiya ABŞ-ı günahlandırır
Rusiya ABŞ-ı günahlandırır8-12-2022, 10:41. Yazar: sevinc1 |
RİA Novostinuin məlumatına görə, Kremlin İraqdakı səfiri Elbrus Kutraşev bəyan edib ki, İrak rus silahlarını bəyənir, lakin Vaşinqton onların Moskva ilə hərbi texniki silahlanma ilə bağlı əməkdaşlığına imkan vermir. Səfir Birləşmiş Ştatları bu sahədə rəqabət prinsiplərini pozmaqda günahlandırıb. Diplomat xatırladıb ki, sovetlərin vaxtında Bağdad Moskva ilə aktiv əməkdaşlıq edirdi. 1990-cı ildə Küveytə hücumdan sonra İraka qarşı tədbiq olunan sanksiyalar bu əməkdaşlığı tormozladı. Sonra bu qadağalar aradan qaldırıldı. Kudraşev deyib ki, ABŞ-ın müdaxiləsi olmasaydı, iki dövlət arasında əməkdaşlıq SSRİ dövründə olan səviyyəyə qalxa bilərdi. Səfirin fikirincə, ABŞ Moskva və Bağdad arasında hərbi əməkdaşlığın genişlənməsinə mane olur. Daha əvvəl isə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirmişdir ki, Səddam Hüseyn və Müammər Qəddafi kimi diktatorların dövründə, İrak və Liviya ilə əməkdaşlıq daha səmərəli idi. aia.az Geri dön |