Ana Sayfa > İqtisadiyyat > TAP İtaliyaya ikinci ən böyük qaz tədarükçüsü oldu

TAP İtaliyaya ikinci ən böyük qaz tədarükçüsü oldu


7-12-2022, 16:16. Yazar: admen
TAP İtaliyaya ikinci ən böyük qaz tədarükçüsü oldu

Trans Adriatik Qaz Boru Kəməri (TAP) oktyabr ayında İtaliyaya ikinci ən böyük qaz tədarükçüsü olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin Ekologiya və Enerji Təhlükəsizliyi Nazirliyinin məlumatında deyilir.

"2022-ci ilin oktyabrında TAP vasitəsilə İtaliyaya qaz nəqli 2021-ci ilin eyni dövrü ilə müqayisədə 21 faiz artıb", - deyə məlumatda bildirilir.

Qeyd edək ki, Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan TAP hər il İtaliyaya səkkiz milyard kubmetr, Yunanıstan və Bolqarıstana isə bir milyard kubmetr qaz tədarük edir.

2020-ci il dekabrın 31-də Azərbaycan qazının Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya nəqli başlayıb. Azərbaycan tarixdə ilk dəfə olaraq öz təbii qazını boru kəmərləri vasitəsilə Avropa bazarına çıxarıb. Dünyanın ən böyük təbii qaz idxalçısı olan Avropa bazarına birbaşa çıxışı olan Azərbaycan ixrac imkanlarını şaxələndirib.
Geri dön