Ana Sayfa > Karusel / Dünya > ABŞ-dən “F-16” qərarı:

ABŞ-dən “F-16” qərarı:


7-12-2022, 09:44. Yazar: sevinc1
ABŞ-dən “F-16” qərarı:

ABŞ Konqresinin hər iki palatasının senatorları və nümayəndələrinin daxil olduğu konfrans komitəsi 857 milyard dollarlıq müdafiə büdcəsini ehtiva edən NDAA qanun layihəsini yekunlaşdırıblar.

Qanun layihəsinin son variantında Türkiyəyə “F-16” satışlarını məhdudlaşdıran şərtlərlə bağlı heç bir bənd olmayıb.

Konfrans komitəsində müvafiq maddələrin qaldırılması ilə ABŞ Konqresinin qanun səbəbilə Türkiyənin “F-16” alışına bəzi məhdudiyyətlər qoymaq üstünlüyü ABŞ Konqresinin əlindən alınıb.

Türkiyə ABŞ-dən 40 yeni “F-16 Block 70” döyüş təyyarəsi və inventarında olan 80 təyyarə üçün modernizasiya dəsti istəyir.

aia.az
Geri dön